Sizin reklam burada
Sizin reklam burada

Qusarda toy təşkilatçısı barədə protokol tərtib edildi

Qusarda toy təşkilatçısı barədə protokol tərtib edildi




Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Suvucal kəndində karantin rejim qaydalarının pozulmasının müşahidə olunduğu toy şənliyinin keçirilməsi müəyyən edilib.

Qanunpress.com -a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, məclisin təşkilatçısı, rayon sakini Qəhrəman Pirsaatov əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, insanların kütləvi toplaşdığı toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Q.Pirsaatov barəsində qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ