Sizin reklam burada
Sizin reklam burada

Rusiyada təxribat və terror aktları riski artıb - RƏSMİ

Rusiyada təxribat və terror aktları riski artıb - RƏSMİ




Bu il Rusiyada “Ölməz alayın” yürüşü təhlükəsizlik baxımından əyani formatda keçirilməyəcək.
Bu barədə “Rusiyanın ölməz alayı” hərəkatının mərkəzi qərargahının həmsədri, Dövlət Dumasının deputatı Yelena Sunayeva bildirib.

O qeyd edib ki, ictimai təhlükəsizliyə mövcud təhdidlərlə əlaqədar mərkəzi qərargah yürüşü əyani formatda keçirməmək barədə qərar qəbul edib.

Öz növbəsində, Rusiya Baş Prokurorluğunda təxribat və terror aktları riskinin artmasından xəbər veriblər.

“Təxribat və terror aktları törədilməsi riski əhəmiyyətli dərəcədə artıb. Ötən il biz insanların kütləvi şəkildə olduqları məkanlarda, kritik mühüm obyektlərdə təhlükəsizliyi yoxladıq, bu sahədə 200 mindən çox pozuntular aşkarladıq. Bu, ondan xəbər verir ki, terror təhdidlərinə qarşı mübarizə üzrə gördüyümüz tədbirlər hələ kifayət qədər deyil”, - deyə RF baş prokurorunun müavini Anatoli Razinkin Federasiya Şurasında bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ