Sizin reklam burada
Sizin reklam burada

“Global SF” MMC bir mənzili üç nəfərə satıb - VİDEO

“Global SF” MMC bir mənzili üç nəfərə satıb - VİDEO





Yeni Yasamal yaşayış massivi, Əhəd Əhmədov küçəsi 2 ünvanında yerləşən 5 ədəd çoxmərtəbəli binanın tikintisi 16 ildir yekunlaşmır. Üstəlik, bir mənzil eyni vaxtda bir neçə nəfərə satılıb.
İllərdir şikayətləri heç bir nəticə verməyən sakinlər növbəti dəfə “Global SF” MMC-nin ofisinə üz tutublar. Müzakirədən sonra sakinlərə vəd edilib ki, onların şikayətləri təmin olunacaq. Tikinti şirkətinin rəsmiləri sakinləri qəbul etsələr də, Baku TV-nin əməkdaşının suallarına cavab verməkdən imtina ediblər.
Əslində, tikintinin illərdir bitməməsi, bir mənzilin bir neçə nəfərə satılması kimi hallar bu sektor üçün, demək olar ki, adiləşib. Çünki qanunvericilikdəki boşluqlar buna rəvac verir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 17-ci maddəsinə əsasən, tikintisi başa çatmayan binalar qabaqcadan çıxarışla yox, arayışla qeydiyyata alınır. Mülki Məcəllənin 178.2-ci maddəsi isə tələb edir ki, daşınmaz əmlaka mülkiyyət hüququ reyestrdə qeydə alındığı andan yaranır.
Görünür, tikinti şirkətləri də bundan ustalıqla yararlanırlar. Qanunvericilikdəki boşluqlardan biri də vahid informasiya bazasının olmamasıdır. Lakin bununla bağlı ilkin addım atılıb. Maraqlıdır, bəs 2022-ci ilə qədər bu problemi həll etmək üçün hansı addımlar atılıb?

Ətraflı Baku TV-nin süjetində:

  • Sosial şəbəkədə paylaş