Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Nepala başsağlığı verib.
Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“Nepalda yüzlərlə insanın həyatına son qoyan daşqın və torpaq sürüşməsi xəbəri bizi kədərləndirdi.
Həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq.
Bu çətin günlərdə Nepalla həmrəyik”, - paylaşımda qeyd olunub.