Sizin reklam burada
Sizin reklam burada

“Yeni görüşün tarixi müəyyən edilib”

“Yeni görüşün tarixi müəyyən edilib”




“3+3” regional əməkdaşlıq platforması çərçivəsində yeni görüşün tarixi müəyyən edilib”.

“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib.

“Tarix müəyyən edilib və o, diplomatik kanallar vasitəsilə elan ediləcək”, - deyə səfir qeyd edib.

Xatırladaq ki, M.Sobhani daha əvvəlki açıqlamasında “3+3” formatında xarici işlər nazirlərinin növbəti görüşünün yaxın zamanlarda Türkiyədə keçiriləcəyini bildirmişdi.

Onu da qeyd edək ki, “3+3” platforması çərçivəsində ilk görüş 2021-ci ilin dekabrında Moskvada baş tutub. Sözügedən görüşdə Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyənin xarici işlər nazirlərinin müavinləri iştirak edib. Gürcüstan iclasda iştirakdan imtina edib. İkinci görüş isə 2023-cü ilin oktyabrında XİN rəhbərləri səviyyəsində İranın paytaxtı Tehranda baş tutub. Gürcüstan bu görüşdə də iştirak etməyib.

  • Sosial şəbəkədə paylaş