Sizin reklam burada
Sizin reklam burada

ATƏT sədri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək

ATƏT sədri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək



Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək.
O, bu barədə “X” hesabında yazıb.
“Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcəyəm və diplomatik əlaqələri davam etdirmək, davamlı sülh istiqamətində səyləri prioritetləşdirmək çağırışımı yeniləyəcəyəm”,- paylaşımda qeyd olunub.

  • Sosial şəbəkədə paylaş