Sizin reklam burada
Sizin reklam burada

 “Azərbaycana müdaxilə İranın sonunu gətirə bilər” - HƏQİQƏTƏN DƏ...

  “Azərbaycana müdaxilə İranın sonunu gətirə bilər” - HƏQİQƏTƏN DƏ...





İranlı analitik Sadiq Maliki Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiya siyasətinin pantürkizm və panislamizm ideyaları əsasında formalaşdığını deyib.

Ekspert bildirib ki, İranda yaşayan azərbaycanlılar milli deyil, din və məzhəb amilini üstün tutduqlarına görə, Tehran və Ankara arasında yaşana biləcək potensial qarşıdurmada Türkiyəni müdafiə etməyəcəklər.

“Türkiyədə bəzi şəxslər İran azərbaycanına ümid bəsləyirlər. Halbuki İran Azərbaycanı və azərbaycanlılar kimlik komponentini seçərkən türkçülüyə deyil, şiə məzhəbinə dayaqlanıblar. Bu seçim İran-Osmanlı dövrünün ən çətin nöqtəsi olub və hələ də öz funksiyasını yerinə yetirir. Başqa sözlə, Tehranla Ankara arasında mümkün böhranda azərbaycanlılar Türkiyə ilə qaşıdurma üçün ən əhəmiyyətli maneə olacaq”.

Sadiq Malikinin fikrini Cebhe.info-ya şərh edən Güney Azərbaycan Milli Oyanış Hərəkatı İdarə Heyətinin üzvü Ağrı Qaradağlının sözlərinə görə, İranda məzhəbsəl zəmində siyasi mübarizə öz əhəmiyyətini itirib:

“Əksinə, rəsmi Tehranın bu ideyaologiyaya dayanaraq Azərbaycan dövlətinə və Türkiyəyə qarşı düşmənçilik siyasəti yürütməsi İranın parçalanmasına gətirib çıxara bilər.

Tarixən İranın qonşu dövlətlərlə münasibətində din amili rol oynayıb. Lakin son 40 ildə molla rejimi xalqı o qədər sıxıb ki, artıq Güney Azərbaycan türkləri din və məzhəb faktorunu öndə tutmur. Güney azərbaycanlıların əksəriyyəti artıq dini ideologiyadan uzaqlaşıb. Xalq artıq dinlər, məzhəblər haqqında geniş biliyə malikdir. İrandakı hakimiyyət islamiyyətə ləkədir.

Çünki özünü İslam hakimiyyəti adlandıranlar qeyri-müsəlmana, işğalçı Ermənistana kömək etməz. Bu İslamın təməl prinsiplərinə ziddir. İslama görə, müsəlman xristianla bir süfrədə yemək yeyə bilməz. Yəni bunlar İran rejiminin İslami dəyərlərə zidd olduğunu göstərir. O ki qaldı Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada pantürkizm siyasəti yürütməsi barədə Malikinin iddialarına, bu regionlarda türkdilli xalqlar üstünlük təşkil edir.

Biz türk birliyi ideyasını həmişə dəstəkləmişik, bu gün də dəstəkləyirik. Əlbəttə, İran rejimi Güney Azərbaycan türklərinin böyük hissəsinmi assimilyasiya edib. Əhalinin 15-20 faizi milli-azadlıq hərəkatının fəallarıdır. Bu da bizə öz məqsədimizə çatmaq üçün kifayət edir. 3-5 milyon nəfərlik qüvvə milli azadlığa qovuşmağımız üçün yetərlidir. Amma İran tərəfindən Azərbaycan dövlətinə və Türkiyəyə hər hansı müdaxilə olarsa, şiə ya sünni olmasından asılı olmayaraq, bütün Güney Azərbaycan türkləri öz ayağa qalxacaq.

İran onlara elə bir istibdad yaşadıb ki, artıq İslamı belə, o qədər qəbul etmirlər. Güney Azərbaycanda milli hərəkatda şiələrlə və sünnilər birgə fəaliyyət göstərir. Urmiyədə, yəni qərbi Azərbaycanda sünnilər yaşayır. Biz onlarla həmişə birgə fəaliyyət göstərmişik. İran nə Türkiyəni, nə Azərbaycanı ərəb ölkələrinə bənzətməsin.

Azərbaycan güclü bir dövlətdir. Hesab edirəm ki, Güney Azərbaycan məsələsinə görə İran tarixi səhvə yol verməz. Azərbaycana müdaxilə İranın sonunu gətirə bilər. Ona görə də İran hay-küy salsa da, bir müddətdən sonra yerində oturacaq. Çünki İranın səhvi onun məhvinə gətirib çıxarmış olar”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ