Sizin reklam burada
Sizin reklam burada

Gürcüstan XİN başçısı ölkəsinin Azərbaycan və Ermənistan arasında dialoq platformasına çevrilməsinə çalışdığını bildirib

Gürcüstan XİN başçısı ölkəsinin Azərbaycan və Ermənistan arasında dialoq platformasına çevrilməsinə çalışdığını bildirib





“Gürcüstan Tbilisinin Azərbaycan və Ermənistan arasında dialoq platformasına çevrilməsinə çalışır”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bu ölkənin İctimai telekanalına açıqlamasında deyib.

Nazir bu istiqamətdə hər hansı bir tarixdən danışılmasının çətin olduğunu, bunun Gürcüstanın qonşuları və dostları arasındakı siyasi hazırlıqdan, onların atacaqları addımlardan asılı olduğunu qeyd edib.

"Azərbaycanlı və ermənistanlı həmkarlarımızdan əldə etdiyimiz məlumatlar deməyə əsas verir ki, biz bu rolu öhdəmizə götürə bilərik”, deyə nazir qeyd edib.

D.Zalkaliani əlavə edib ki, 3+3 formatında Rusiya ilə birlikdə yer alması Gürcüstan üçün çətindir, lakin hökumət müəyyən formada bu cür vacib geosiyasi layihələrdə və əlaqələrdə olmalı, ölkənin öz rol və funksiyasını itirməməsini təmin etməlidir.

Nazir vurğulayıb ki, bu iştirak Gürcüstanın dövlət maraqlarının ziddinə və müəyyən güzəştlər əsasında baş verməməlidir.

“Əlbəttə, qırmızı xətt bizim ölkəmizin ərazi bütövlüyü və suverenliyidir. Bizim regionda inkişaf edən proseslərin gerisində qalmamağımız zəruridir”, deyə D.Zalkaliani vurğulayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ