Sizin reklam burada
Sizin reklam burada

 Azərbaycan tərəfi sülhməramlıların olduğu ərazidə baş verənləri ciddiyə almalıdır - GƏLİŞMƏ

 Azərbaycan tərəfi sülhməramlıların olduğu ərazidə baş verənləri ciddiyə almalıdır - GƏLİŞMƏ




“Erməni mediası yazır ki, qondarma “Artsax respubikası”nın qondarma prezidenti Arutyunyan Kəlbəcərin Qozlu (Getavan) kəndində, Tərtər çayı üzərində su elektrik stansiyası tikməyi planlayır. Artıq bu haqda qərarın da qəbul edildiyi bildirilir”.

Bununla bağlı "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Ekspert qeyd edib ki, hazırda bu ərazilər Rusiya sülhməramlılarının nəzarəti altındadır: "25 milyon dollar dəyərində və 17.6 Mvt gücündə olan “Getavan-1” SES Xankəndi və ətraf ərazilərin enerji təminatını həyata keçirməlidir.

Vəsaiti Arutyunyanın özünün müşahidə şurasının sədri olduğu “Artsax İnvestisiya Fondu” tərəfindən maliyyələşən stansiyanın tikilməsini ekspert yolverilməz hesab edir. Düşünürəm ki, belə bir ciddi, həyati əhəmiyyətli infrastruktur imkanın qondarma “Artsax respublikası”na yaradılması yolverilməzdir. Güman ki, onlar bunu Rusiyanın, oradakı sülhməramlıların dəstəyi ilə gerçəkləşdirəcəklər. Fikrimcə, buna ciddi reaksiya vermək lazımdır. Sülhməramlıların olduğu ərazilərimizdə infrastruktrun yenidən qurulması, enerji və rabitə təhcizatının yenidən qurulması istiqamətində müşahidə olunan addımlar təhlükəlidir. Onlar yenidən möhkəmlənmək fikrindədirlər. Düşünürəm ki, bu cür addımlar, infrastruktur işləri Azərbaycan hökumətinin iştirakı ilə gerçəkləşməlidir. Ümid edirəm, hökumət qondarma “Arstax prezidentinin” bu addımlarının qarşısını ala biləcək”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ