Sizin reklam burada
Sizin reklam burada

 Mirələmovun vəzifəsinin həvalə olunduğu xanım öz qohumudur

  Mirələmovun vəzifəsinin həvalə olunduğu xanım öz qohumudur





Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatına yeni sədr əvəzi seçilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, adıçəkilən partiyanın rayon təşkilatının İdarə Heyətinin qərarı ilə, sədr vəzifəsinin icrası Qurbanova Yeganə Məmmədəli qızına həvalə olunub.O, həm YAP Xətai rayon təşkilatının sədr müavini, həm də 265 saylı tam orta məktəbin direktorudur.

Qeyd edək ki, YAP Xətai rayon təşkilatının sabiq sədri H.Mirələmovun xanım işçisinə qarşı qeyri-etik hərəkətini əks etdirən video yayılandan sonra o, partiyadan çıxarılıb.

***

Bu arada teleqraf.az-ın yaydığı məlumatda qeyd olunur ki, Hüseynbala Mirələmovun yerinə sədr əvəzi seçilən xanım Hüseynbala Mirələmovun yaxın qohumudur. Məhz H.Mirələmovun onu özünə müavin gətirdiyi deyilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ