Sizin reklam burada
Sizin reklam burada

Yaqub Zurufçunun son durumu AÇIQLANDI - "Hələ ki, heç bir yenilik yoxdur..."

Yaqub Zurufçunun son durumu AÇIQLANDI - "Hələ ki, heç bir yenilik yoxdur..."



“Yaqub Zurufçunun vəziyyəti stabil ağır olaraq qalır”.

Musavat.com verir ki, bu sözləri “oxu.az”a Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib.

O bildirib ki, həkimlər onun vəziyyətini mütəmadi izləyir:

“Hələ ki, heç bir yenilik yoxdur. Vəziyyəti ciddi nəzarətdə saxlanılır. Həkimlər tərəfindən bizə yeni bir məlumat verilməyib. Vəziyyəti stabil ağır olaraq qalır”.

Xatırladaq ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub. Onu dərhal “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdiriblər. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır stabil olaraq qiymətləndirirlər.

Qeyd edək ki, Y. Zurufçunun müalicəsini Birinci vitse-prezident Mehriban Əliyeva nəzarətə götürüb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ