Sizin reklam burada
Sizin reklam burada

Türkiyə və Rusiya razılığa gəldi - Qaz qovşağı yaradılır

Türkiyə və Rusiya razılığa gəldi - Qaz qovşağı yaradılır



Türkiyə və Rusiya arasında 2024-cü ildə Türkiyədə tikiləcək qaz qovşağının mərkəzinin Şərqi Trakyada olması razılaşdırılıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bu kontekstdə noyabrın 25-də Ankarada olan Rusiya baş nazirinin müavini Aleksandr Novakın Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar ilə görüşündə razılıq əldə olunub. Görüş zamanı Alparslan bütün işlərin 2024-cü ildə tamamlanacağına ümid etdiyini bildirib. Layihə Rusiyanın "Qazprom" və Türkiyənin "Botaş" şirkətlərinin birgə fəaliyyəti ilə həyata keçiriləcək.

  • Sosial şəbəkədə paylaş