Sizin reklam burada
Sizin reklam burada

“Azərişıq”da abonentin cibinə girmək metodu hələ dəyişməyib – ŞİKAYƏT

“Azərişıq”da abonentin cibinə girmək metodu hələ dəyişməyib – ŞİKAYƏT





Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Əliağa Vahid 4 ünvanında yaşayan Əsədov Abı Əsəd oğlu tərəfindən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya və digər bir sıra aidiyyatı dövlət orqanlarına “Azərişıq” ASC-nin Xırdalan Elektrik Təchizat Satışı İdarəsinin əsassız tərtib etdikləri və ona təqdim edilməyən AKT əsasında yazılmış cəriməni ödəməsinə baxmayaraq qanunsuz olaraq elektrik xəttinin xəbərdarlıq etmədən özbaşına kəsilməsindən şikayət məktubu ünvanlanıb.

Aktualinfo.org vətəndaş Abı Əsədovun sözügedən şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırır. Şikayətçi yazır ki:

Mən, 1990-cı ildən Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində yaşayır və həmişə təsərrüfatla məşğul olub ailəmin dolandırıram. Həmişə də kommunal xidmətlər istifadə etdiyimə görə vaxtı-vaxtında ödəmələrimi qanunamüvafiq formada həyata keçirmişəm. Qaz və elektrik sayğaclarında istehlak etdiyim qədər ödəmələri yerinə yetirmişəm.

Xatırlatmaq istəyirəm ki, 4 il əvvəl yaşadığım evdə elektriklə bağlı baş vermiş xoşagəlməz hadisəyə görə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat verdim ki, yoldakı elektrik dirəyindən darvazamın üstündən keçən qaz xəttinə üzərinə düşən və sonra sayğaca daxil olan elektrik xəttindən keçən cərəyan evin mətbəxində qaz sobasından istifadə edən həyat yoldaşımı vurmuşdur. Nəticədə qadın özünü çox pis hiss etmiş, lazımi ilkin yardımlar göstərdikdən sonra iki gün xəstə olaraq yatmışdır. Baş vermiş hadisə ilə bağlı 102 xidmətindən gəlmiş polislər hadisəni qeydə almış və müvafiq olaraq Xırdalan Regional Elektrik Şəbəkəsinə zəng edərək baş vermiş hadisənin təjkrarlanmaması üçün dərhal lazımi tədbirlər görməyi tələb etmişlər. Elektrik Şəbəkə nəzarətçilərinin səhlənkarlığı ucbatından baş vermiş xoşagəlməz hadisə faci əilə nəticələnməsə də, nəzarətçi və mühəndislər gəlib elektrik dirəyindən sayğaca gedən xətti şəbəkədən ayırmış və mənə də sayğacdankənar elektrik enerjisindən istifadə etməyə icazə vermişlər. Və bildirmişlər ki, mən sayğac üzrə deyil, malik olduğum 900831000400522 abonent kodu üzrə ödəmələri həyata keçirim. Biz razılaşdıq. Və hər ay mən abonent kodum üzrə bu günədək ödəmələri həyata keçirdim. Son 2016- 2018-ci illər üzrə hər dəfə elektrik nəzarətçilərindən soruşsam da ki. mənim elektrik sayğacımı nə vaxt bərpa edib düzgün elektrik xəttini bərpa edəcəksiniz? Cavabları bu olurdu ki, ay kişi nəyinə lazımdır. Siz vaxtı-vaxtında abonent kodu üzrə ödəmələrinizi həyata keçirin Sizin üçün nə fərqi var?

Lakin çox təəssüflər olsun ki, 2018-ci ilin sonunda mənə elektrik nəzarətçiləri tərəfindən bildirildi ki, sayğacdankənar elektrikdən istifadə etdiyinə görə mənə 2002 manat cərimə yazıblar. Cəriməni ödəməlisən. Mən öz növbəmdə onları başa salmağa çalışdım ki, mən ki, sizin dediyiniz kimi vaxtı-vaxtında borcumu ödəmişəm. Niyə bəs cərimə yazılmalıdır? Bildirdilər ki, get baş idarə ilə məsələni həll edin. Mən baş idarədə işləyən Ənvər müəllimlə bu ilin yanvarın əvvəlində görüşüb məsələni anlatdım. O Abunə Haqqında sənədlərimin üzərinə Xırdalan RETS-in işçisi olan Eldar Zərbəliyevin adına dərkənar qeydlər etməklə tapşırdı ki, araşdırlısın görək niyə uçot bərpa edilməyib? Abonent bu günə qədər necə olub ki, sayğacdankənar istifadə edib? və. s. Elə qəbul zamanı Ənvər müəllim də, sonradan yanıda olduğum Eldar müəllim də mənə təklif etdilər ki, ay kişi gəl cərimənin yarısını ver, tamamilə silək. Mən təbii ki. razılaşmadım ki, axı məndə 1000 manat haradan olsun. Razılaşma baş tutmadı. Ona görə də əlacsız qalıb məni nahaq yerə oyuna salan “Azərişıq” ASC-nin Xırdalan RETSin işçilərinin mənə qarşı qurduqları “cərimə hoqqabazlığna” etriraz olaraq məhkəməyə müraciət etmək zorunda qaldım. Deməli, bu elektrik məmurlarının mənim başımın altına yastıq qoymalarının əsl səbəbini yazdıqları əsassız cərimə aktından sonra bilmişəm. Yalnız bu zaman dövlət işçilərinin xəyanətkar planlarını başa düşmüşəm. Odur ki, hesab edirəm ki, bir abonent olaraq həmişə üzərimə düşən öhdəliyi vaxtı-vaxtında yerinə yetirmişəm. Və hər gün darvazamın ağzından küçənin o başına bu başına yol ölçən elektrik nəzarətçiləri bu son 3 il ərzində mənim bir qəbahət işim vardısa dərhal yerində tədbir görüb akt tərtib etməli və elektrik enerjisinin təshizatını dayandırmalı idilər. Və yaxud, tədbir görüb elketrik sayğacına daxil olan elektrik xəttinini düzgün quraşdırmalı idilər. Mən adi bir vətəndaşam və elektrik mütəxəssilərinin vəzifə borcu olan işləri vaxtında görmədiyi üçün şəxsən mən heç bir məsuliyyət daşımıram. Və hesab edirəm ki, bu gün mənə qarşı ayrı-ayrı vaxtlarda “Azərişıq” ASC-nin Xırdalan Elektrik Təchizat Satışı İdarəsinin 28. 09.2015-ci il, 04.02.2016-cı il, 30.06.2016-cı il, 04.10.2016-cı il, 20.11.2018-ci il və 04.12.2018-ci il tarixdə tərtib etdikləri AKTlara görə məni vaxtilə yüksək məbləğdə cərimələmişdilər.

Budur indi də bilmirəm ki, nə vaxt cərimə yazıblar nəyə görə, kimə görə. Bir onu bilirəm ki, 1 həftədən çoxdur ki, təchizatı dayandırıblar. QAYITMIŞIQ MAĞARA VƏ DAŞ DÖVRÜNƏ.

“ Azərişıq”-ASC-nin işçilərinin bu hoqqabazlığı tək mənim deyil minlərlə digər şəxslərin başına qəsdən gətirilir. Və onlara əsassız olaraq yüksək məbləğdə cərimələr yazılır. Bu yığılan cərimələrin sonrakı aqibətləri isə heç kimə bəlli deyildir. Mən “Azərişıq” ASC-nin Xırdalan Regional Elektrik Şəbəkəsinın Abşeron rayonu üzrə mühəndis işçilərinin belə özbaşnalığından, vəzifə saxtakarlığından, vəzifə səlahiyyətlərini aşmasından, əsassız varlanmaq üçün qulluq mövqelərindən süi-istifadə etmələrindən şikayətçiyəm. Hesab edirəmki, pul hərisi olan bu adamlar biz vətəndaşların indiki ağır iqtisadi vəziyyətindən istifadə edərək ölkədə dövlətə qarşı narazılıq və xaos yaratmaq üçün belə təxribatlarla məqsədli şəkildə məşğul olurlar və dəlduz dəstənin son illərdə ayrı-ayrı yerlərdə göstərdikləri qanunsuz fəaliyyətləri ciddi araşdırlıaraq öz hüquqi qiymətini almalıdır ki, biz kasıb insanlar dövlətdən narazı qalmayaq, əksinə özümüzü hüquqi dövlətin vətəndaşları kimi hiss edək.”

“Azərişıq” ASC-nin Xırdalan Elektrik Təchizat Satışı İdarəsinin özbaşnalığına son qoyularaq mənim evimə olan elektrik təchizatının bərpa edilməsinə, qanunsuz və əsassız yazılmış aktın ləğv edilməsinə göstəriş verəsiniz Sağ olun.


Aktualinfo.org

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ