Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda vahid büdcə təsnifatı dəyişib - QƏRAR

Azərbaycanda vahid büdcə təsnifatı dəyişib - QƏRAR




Nazilər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.

Qanunpress.com xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, büdcə gəlirlərinin təsnifatı üzrə “Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə görə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsi” anlayışı “Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsi” anlayışı ilə əvəzlənib.

Bundan başqa, “şəxslərin işə qoşulması barədə ərizə” anlayışı “şəxsin işə qoşulması barədə ərizənin verilməsi”, eləcə də “məhkəmələrə verilmiş iddia ərizələri” anlayışı “məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi” anlayışı ilə əvəz olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ