Sizin reklam burada
Sizin reklam burada

Ucuzlaşma olmayacaq, əksinə bahalaşma gözlənilir - TƏHLİL

Ucuzlaşma olmayacaq, əksinə bahalaşma gözlənilir - TƏHLİL




2021-ci ildə Azərbaycanda inflyasiya 3,5 faiz səviyyəsində proqnozlaşdırılır. Bu barədə Asiya İnkişaf Bankının (AİB) "Asian Development Outlook-2021" hesabatına istinadən məlumat verir. Proqnozlara əsasən, 2022-ci ildə Azərbaycanda inflyasiya 3 faizədək azalacaq. Qeyd olunur ki, buna daxili ərzaq qiymətlərinin proqnozlaşdırılan azalması səbəb ola bilər. 2020-ci ildə Azərbaycanda inflyasiya 2,8 faiz təşkil etmişdi.

Mövzunu "Şərq"ə şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda inflyasiya ilə bağlı beynəlxalq qurumların hesabatları və hesablamaları daxili statistik məlumatlara əsaslanır. Ekspert qeyd edib ki, ölkəmizdə alternativ mənbələr yoxdur:

"Yəni bizdə alternativ mənbələr olmadığı üçün beynəlxalq qurumlar da rəsmi statistik göstəriciləri əsas götürürlər. Bizdə hökumətin rəsmi statistik göstəriciləri və gözləntiləri inflyasiyanın yaxın gələcəkdə aşağı düşməsi ilə əlaqədardır. Beynəlxalq strukturların, o cümlədən Asiya İnkişaf Bankının belə bir proqnoz verməsi də hökumətin gözləntilərinə paralel olaraq həyata keçirilir. Bunun reallaşması o qədər də inandırıcı görünmür".

N.Cəfərli əlavə edib ki, ölkəmizdə ərzaq inflyasiyası ilin əvvəlindən daha sürətlə artmağa başlayıb:

"Hətta gələcəkdə də ərzaq inflyasiyanın daha da sürətlənməsi ehtimalı var. Çünki bu tək Azərbaycandan asılı olan bir məsələ deyil. Dünyada da pandemiya ilə əlaqədar olaraq ölkələr öz bazarlarını qorumaq üçün daha sərt idxalla ixrac qaydaları qəbul edirlər.

Ona görə də 2020-ci ildə dünyada ərzaq inflyasiya 10 faizi keçib. Cari ilin ilk üç ayında da dünyada ərzaq inflyasiyanın getdiyini görürük. Ona görə də bu 3 faizlik inflyasiya həddinin reallaşdırılması o qədər də həqiqətə uyğun olmaya bilər.

Çox güman ki, müxtəlif səbəblərdən Azərbaycanda ərzaq inflyasiyasının ümumiyyətlə, inflyasiya basqılarının daha artıq olacağı gözlənilir".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ