Tacikistanın paytaxtı Düşənbədə gənclər arasında cüdo üzrə dünya çempionatı davam edir.
3-cü yarış günündə Azərbaycanın idmançısı Süleyman Şükürov uğurlu nəticə qazanıb. O, bürünc medala sahib çıxıb.
Süleyman Şükürov ilk qarşılaşmasında Mixaylo Siminə (Serbiya) qalib gəlib. O, Senq-Min Kimi (Koreya) üstələyib və 1/4 finala adlayıb.
İdmançımız bu mərhələdə Coşua De Lanqı (Niderland) üstələyib. Cüdoçumuz bürünc medal uğrunda tacikistanlı Muhammad Yusufzoda ilə güləşib. Görüş həmyerlimizin inamlı qələbəsi ilə yekunlaşıb. Şükürov bununla da fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Bu, Azərbaycanın yarışdakı ilk medalıdır.