Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan Premyer Liqası: “Kəpəz” “Turan Tovuz”u məğlub etdi

Azərbaycan Premyer Liqası: “Kəpəz” “Turan Tovuz”u məğlub etdi




Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu baş tutub.

Trend xəbər verir ki, günün son matçında "Kəpəz" Qəbələ şəhər stadionunda "Turan Tovuz"u qəbul edib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 4-cü dəqiqədə qonaqların heyətində Ayxan Quseynov açıb. Gəncə təmsilçisi 25-ci dəqiqədə Şakir Seyidovla tablodakı rəqəmləri bərabərləşdirib. Oyunda yekun hesabı Martins Junior müəyyənləşdirib.
Günün əvvəlki matçında "Səbail" və "Zirə" qolsuz heç-heçə edib.

Qeyd edək ki, turun açılış oyununda "Sabah" və "Neftçi" qolsuz sülhə razılaşıb. Tura yanvarın 23-də keçiriləcək "Qəbələ" - "Sumqayıt", "Qarabağ" - "Araz-Naxçıvan" matçları ilə yekun vurulacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ