Sizin reklam burada
Sizin reklam burada

Səbail rayonunda xüsusi karantin qaydalarını pozan bərbər salonu aşkar edilib

Səbail rayonunda xüsusi karantin qaydalarını pozan bərbər salonu aşkar edilib



Səbail rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən bərbər salonu aşkar edilib. Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı 20-ci sahə adlanan ərazidə Əmrah Əhmədova məxsus kişi salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub.

Qanunpress.com - a Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, obyektə baxış zamanı obyetin sahibi və 1 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətirilib.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ