Sizin reklam burada
Sizin reklam burada

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - Faktiki hava

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - Faktiki hava




İyulun 7-si saat 17:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, Biləsuvar, Sabirabad, Mingəçevir, Sarıbaş (Qax), Kişçay (Şəki), Göygöl, Xaltan, Qusar, Şəmkir, İsmayıllı, Goranboy, Daşkəsən, Qobustan, Göyçayda şimşək çaxıb, arabir leysan xarakterli yağış, Abşeron yarımadasının bəzi yerlərində isə qısamüddətli yağış yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da 33, Aran rayonlarında 34, dağlıq rayonlarda 23-28 dərəcəyədək isti qeydə alınıb.

  • Sosial şəbəkədə paylaş