Sizin reklam burada
Sizin reklam burada

Bakıda təcili tibbi yardım briqadasına bıçaqla hücum edildi

Bakıda təcili tibbi yardım briqadasına bıçaqla hücum edildi




Bakının Nizami rayonunda çağırışa gedən təcili tibbi yardım briqadasının əməkdaşlarına bıçaqla hücum edilib.
Qanunpress.com Report-a istinadən xəbər verir ki, çağırış yerinə gedən təcili tibbi yardım avtomobilinin qarşısını naməlum şəxs kəsərək bıçaqla onlara xəsarət yetirmək istəyib.
Bu zaman avtomobilin sürücüsü cəld tərpənərək hadisə yerindən uzaqlaşıb. Lakin bu zaman naməlum şəxs bıçaqla avtomobilin yan şüşəsinə zərbələr endirib. Nəticədə nəqliyyat vasitəsinə maddi ziyan vurub.
Təcili tibbi yardımın sürücüsü hadisə ilə bağlı DİN-nin 102 Zəng Mərkəzinə məlumat verib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ