Sizin reklam burada
Sizin reklam burada

Bakı Şəhəri Mədəniyyət Baş İdarəsi QHT sədrindən pul istədi: Şəhidlərlə bağlı kitabın təqdimatı üçün

Bakı Şəhəri Mədəniyyət Baş İdarəsi QHT sədrindən pul istədi: Şəhidlərlə bağlı kitabın təqdimatı üçün





Bakı Şəhəri Mədəniyyət Baş İdarəsi QHT sədrindən Şəhidlərlə bağlı kitabın təqdimatı üçün pul istəyib.
Bu barədə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli öz facebook səhifəsində məlumat yayıb.
QHT.az həmin məlumatı təqdim edir:
“HEYRƏT Ey Mədəniyyət Nazirliyi!
Gerçəkdən bu qurum məni məyus etdi. Onu deyim ki, Xəzər rayonunun Şəhidlərindən bəhs edən “Şəhidlər ölməz, Vətən bölünməz" kitabını nəhayət ki, nəşr etdirmişdim. Kitabın təqdimatını Xəzər rayonunun Mədəniyyət Evində keçirməyi qərara aldıq. Mədəniyyət Nazirliyi Bakı şəhəri mədəniyyət baş idarəsi isə uzun sürən sükutdan sonra bəyan etdi ki, yeni rəhbərlik gələndən qaydalar dəyişib. Ona görə, şəhidlərlə bağlı kitabın təqdimatı üçün bizə pul ödəməlisən. Bu tip məmurları mən başa sala bilmədim ki, uzun müddət üzərində çalışdığım kitab kommersiya xarakterli deyil. Bu kitab Zəfər tariximizə. Şəhidlərimizin xatirəsinə kiçik töhfəmizdir. Dövlət tərbiyəsi, imanı olmayan şəxslər çox qorxulu olur.”

P.S. Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.
Bakı Şəhəri Mədəniyyət Baş İdarəsi QHT sədrindən pul istədi: Şəhidlərlə bağlı kitabın təqdimatı üçün

Qht.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ