Sizin reklam burada
Sizin reklam burada

Ana Təbiətin `Vüqar Kərimov` adlı PROBLEMİ... - VİDEOFAKT

Ana Təbiətin `Vüqar Kərimov` adlı PROBLEMİ... - VİDEOFAKT



Lənkaran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik, Astara, Lənkaran meşələrində "soyqırım" gedir. Bu barədə azinfo.tv saytı məlumat yayıb.
Lənkaran Regional Meşə Təsərrüfatı Mərkəzinin baş meşə mühafizə mühəndisi Sərraf Quliyev meşələrdə "soyqırım" aparır. Təhsili olmayan Sərrarf Regionu idarə edir. Sərraf Quliyev meşəbəylərlə əlbir olub meşələrdə "işlik" material üçün ağacları kəsdirərək "şpal" halına salıb Masallı və Lənkəranda olan sexlərə satır. Artiq Masallı və Lənkaranda olan sexlər də material əlindən tərpənmək mümkün deyil. Vaxtilə bir neçə il bundan öncə özü də Masallıda kı, sexlərə "işlik" material daşıyırdı və el arasında "şpal Sərraf" ləqəbi ilə tanınırdı və işində yol verdiyi nöqsana görə vaxtilə işlədiyi Hirkan Milli Parkindan da qovulmuşdur. Vətəndaşlar meşə təsərrüfatından odun almaq əvəzinə, sexlərdən "işlik" materialdan ayrılmış qəlbirlərdən uçuz qiymətə alırlar. S. Quliyev Əsxənəkaran, Haftoni, Gürdəsər Lerik mesebəyiliklərində talançiliqla məşquldur: ağacları kəsdirib satdirir. Hansısa ərazidən meşələrin qırılması ilə bağlı şikayət olduğu halda, dərhal meşəbəylikləri mecbur edirler ki, gedin idarə tərəfindən tapşırılmış ağacları damğalayib naməlum şəxslər tərəfindən kəsilməsi barədə akt tərtib edin. Meşəbəylər də bunu qorxularından məcbur olub Sərrafin dediyini edirler.
Ekologiya naziri Muxtar Babayev və Nazir müavini Vüqar Kərimov cənablarindan təhsilsiz şəxsə ali təhsilli mesəçi və aqronom mütəxəssislər ola-ola meşə gozətçisi işləmiş, dəfələrlə qanunsuz qırıntılara yol verdiyinə görə, işdən uzaqlaşdırılmış, Sərraf Quliyev Haftoni meşəbəyiliyinin meşəbəyi köməkçisi olmaqla azmış kimi Mərkəzdə baş meşə mühafizə mühəndisi vəzifəsi həvalə edilmişdir. Bəlkə ona görə ki, yaxşı ağac satışını bacarır və məharətlə satdıqlari ağacların kötüklərini meşə gözətçilərinin ayağına yazır. Diplomu qeydiyyata düşməmiş işçiləri işdən azad edib adın da qoyurlar ki, diplomun qeydiyyata düşmədiyindən vəzifə tuta bilməzsiniz. Meşələrin İnkişafı Xidmətinin hüquqşünasına sual olunur: bunların diplomu qeydiyyata düşməyibsə Sərraf Quliyevin hansı təhsil diplomu nazirlikdən keçib?! Bunun acı nəticələri göz qabağındadır.
Eyni zamanda Vüqar Kərimovun yaxınları olan iki qardaş: Yadiqar Əmirov Hirkan Milli Parkında Ceyhun Əmirov isə Regional Meşə Təsərrüfatında sahə rəisi işləyir. Ceyhun Haftoni Meşəbəyliyində olan "Beta" şirkətinə verilən icarə torpaqlara görə işdən uzaqlaşdırıldı. Amma yenə sehirli cubuqunun vasitəsilı "daydayı" olan Vüqar Kərimov onu işlə təmin etdirdi. Yadigar Əmirov da təhsili olmayan halda, bəs necə gəlib tutduğu vəzifədə çalışır?
Aldığımız məlumata görə, ETSN-nin Ekoloji Təhlükəsizliy Xidmətinin əməkdaşları belə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzində olan "meşə mafiya"sına təsir edə bilmirlər. Çün ki, birbaşa bunları Vüqar Kərimov himayə edir. Ən əsasda Haftoni meşəbəyliyi Vüqar Kərimovun himayəsindədir və ona görə də orada olan qırıntıları hec bir qurum yoxlaya bilmir.

Qarşı tərəfin də mövqeyini işığlandırmağa hazırıq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ