Sizin reklam burada
Sizin reklam burada

Dərslikdə biabırçı 20 Yanvar xətası: - Nazirlik məsələni nəşriyyatın üzərinə atdı

Dərslikdə biabırçı 20 Yanvar xətası: - Nazirlik məsələni nəşriyyatın üzərinə atdı






Orta məktəblərin rus bölmələri üçün yazılan 4-cü sinif "Rus dili" dərsliyində 1990-cı il 20 Yanvar faciəsi təhriflə verilib.
Uşaqlar üçün yazılmış mətndə qeyd edilib ki, Bakıda həmin qanlı gecədə şəhid olan dinc sakinlər Sovet ordusu ilə AXC silahlı dəstələri arasında baş verən atışmada həlak olub. Məsələ sosial şəbəkələrdə geniş müzakirə və qınağa səbəb olb. DİA.AZ-ın məlumatına görə, cebhe.info-ya açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, bu barədə ictimaiyyətə açıqlama veriləcək:
Dərslikdə biabırçı 20 Yanvar xətası: - Nazirlik məsələni nəşriyyatın üzərinə atdı
"Bəli, məsələdənxəbərimiz var. Bununla bağlı kitab nəşriyyatı ictimaiyyətə açıqlama verəcək".
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşunları paytaxt Bakı və respublikanın bir neçə rayonuna yeridilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Sovet Ordusu qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülüb 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olub. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulub, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ