Sizin reklam burada
Sizin reklam burada

Hacıbala Abutalıbovun “4-5 il sonraya” verdiyi sərəncamlar paytaxtda ciddi qarşıdurma yaradır… - SABİQ MER HƏBS OLUNA BİLƏR…

Hacıbala Abutalıbovun “4-5 il sonraya” verdiyi sərəncamlar paytaxtda ciddi qarşıdurma yaradır… - SABİQ MER HƏBS OLUNA BİLƏR…






Sərəncamlar nə üçün 4-5 il sonra- “zadni” icra olunmalıdır, məqsəd nədir ?

Əsabil Qasımovun qohumu olan “Aybir” MTK-nın sahibi hamilə qadına təzyiq edir, onun evinə “toyuq hini” deyir…

Bir ay öncə keçmiş deputat, “Karat Holding” şirkətinin sahibi, Əsabil Qasımovu Rusiyanın paytaxtı Moskva şəhərində 2 möhtəşəm otel tikdirməsi ilə bağlı xəbər yayıldı.
Sözün düzü, 10-15 il əvvəl daha çox dəyirmanlar kralı kimi tanınan, un satışı ilə məşğul olan Əsabil Qasımovun birdən-birə bu miqyasda varlanması, Rusiyanın məşhur kurort şəhərlərində otelləri tikdirməsi adi məntiqə uyğun gəlmir. Onda bu qədər kapital haradan ola bilərdi?
Bu məqamda ya da 2010-cu ildə Əsabil Qasımovun İmişlidən deputat seçilməsi düşür. Daxili siyasi mətbəxə az-çox bələd olanlar bilir ki, Əsabil yatsaydı deputat mandatı yuxusuna da girməzdi.
Məlumat üçün onu da qeyd edək ki, PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə Əsabil Qasımov qohumdurlar. Və Əsabilin deputat seçilməsi də bu səbəbdən olub. Əslində Əsabil Qasımovun Rusiyada “fontan” vuran biznesinin səbəbini də burda axtarmaq lazımdır.
İndi isə keçək əsas mövzuya.
Bəli, Əsabil Qasımov sonrakı illərdə qida binesindən çox, tikinti biznesinə kapital qoymağa başladı.
Heç kimə sirr deyil ki, Bakıda inşa edilən binaların bir çoxu “İmişli mafiyası”na aiddir və məhz Əsabil Qasımovun nəzarətindədir.
Belə tikinti şirkətlərindən biri də “Aybir” MTK-dır.
Bu şirkətin vətəndaşların qanuni mülklərini əlindən alması, ala bilmədikdə dağıtması barədə ölkə mətbuatında kifayət qədər yazılıb.
Yazının bu yerinə ciddi bir məqama toxunmaq istəyirik.
Məlumdur ki, Bakı ŞİH-nin başçısı Hacıbala Abutalıbov 2018-ci ildə vəzifəsindən azad olunmazdan öncə xeyli sayda saxta sərəncamlar imzalayıb.
Bu barədə dəfələrlə ölkə mətbuatı yazıb, sahibkarlar hətta Hacıbala Abutalıbovun yaşadığı evin qarşısına yığışaraq verdikləri milyonları geri tələb ediblər. Yəni bu barədə mediada çox yazıldığı üçün geniş bəhs etmirik.
Digər bir ciddi məqam odur ki, Hacıbala Abutalıbov mer olarkən 4-5 il sonra icra olunacaq saxta sərəncamlar verib. Belə bir hala heç bir yerdə rast gəlinməyib.
Nə üçün paytaxtın meri “irəli, yaxud geri tarixə” sərəncam verməlidir ? Ruslar demişkən, zadnim çislom..
Üzr istəyirik, bunu ancaq ruhi xəstələr edə bilər.
Nə isə indi keçək konkret şikayətçilərin müraciətinə.
Gündəlik-Bakıya müraciət edən Bakı sakinləri ( N.Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, ev 18, mənzil 2a) Abbasov Rafayel Şükür oğlu və Şahin Elnarə Şahin qızı bildirir ki, onlar və ailə üzvləri yuxarıda qeyd etdiyimiz ünvanda tikinti aparan “AyBir” MTK-nın zülmü ilə qarşılaşıblar.
Hətta şikayətçilər deyir ki, bizim xəbərimiz olmadan şirkətin sahibi Rafael Məmmədoğlu evlərimizi buldozerə verərək dağıdıb. Ev sahibləri deyir evimizə gedəndə elə bildik Suriyadayıq, yaxud evimizi erməni vandalları dağıdıb, vaxtilə baha qiymətə aldığımız servislər, xalçalar hamısı dağılmış divarların altında qalıb.
Yeri gəlmişkən, AyBir MTK-nın təsisçilərindən biri olan Rafael Məmmədoğlu sabiq deputat Əsabil Qasımovun qardaşının kürəkənidir.
MTK-nın digər şəriklərindən biri isə Moskvadan bir çemodan dollarla gələn Ağasəddir. Deyilənə görə, Ağasəd Moskvada oturub ölkəmizə qarşı təxribat əməlləri törədən Söyün Sadıqovun yaxın dostudur. MTK-nın digər şəriki Tahir adlı şəxsdir. Vətəndaşlara qarşı törədilən amansız əməllərin icraçılarından biri də Rafaelin bacısı oğlu Turaldır.
Amma ən dəhşətlisi odur ki, bütün bu qanunsuzluqları “qanuna salmaq” istəyən şəxs MTK-nın hüquqşünası Cavid Oqtay oğlu Ələkbərovdur.
Görəsən özünü hüquqşünas hesab edən Cavid başa düşmür ki, bütün bunlara görə gec-tez cavab verməli olacaq ?
Bir məsələni də xüsusi olaraq qeyd edək ki, söhbət paytaxtımızda tikilən dövlət ehtiyacı üçün nəzərdə tutulan pilot layihədən getmir. Bunlar sırf qazanc məqsədi, biznes marağı ilə vətəndaşları qanuni mülklərindən məhrum edirlər.
Ən dəhşətlisi odur ki, AyBir MTK-nın sahibləri bütün bunları dövlət qurumlarında işləyən vəzifəli şəxslərin adından istifadə edərək həyata keçirirlər.
Belə ki, vətəndaşın xüsusi mülkiyyətində olan obyekti qiymətləndirmək üçün Aybir MTK Nərimanov rayon məhkəməsinə müraciət edib.
Axı, şirkətin nə ixtiyarı var ki, belə iddia ilə çıxış etsin.
Əli hər yerdən üzülən vətəndaşlar dəfələrlə yuxarı dövlət qurumlarına müraciət etsələr də heç bir nəticə olmayıb.
Sakinlər Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində olublar və izahat yazıblar. Ancaq sonradan izahatlar Nərimanov RPİ-də it-bata düşüb.
Əsabil Qasımovun qohumları o qədər harınlayıb ki, hamilə qadına təzyiq edib, ona “sənin evin toyuq hinidir”, “rədd ol, buradan” deyiblər.
Əli hər yerdən üzülən mülk sahibləri sonda Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət edərək İMDAD diləyirlər.
Şikayətçilərdən biri yazır: “ Mənim himayəmdə 3 azyaşlı uşaq və anam var, qardaşım hamilə yoldaşı ilə kirayədə qalır, biz bu tikinti şirkəti ilə bacarmırıq. Xahiş edirik, Sizin nəzarətiniz altında bu qanunsuzluqlar araşdırılsın və bizə köməklik göstərilsin”.
P.S Biz isə redaksiya olaraq, həmişə əzilən və hüquqları tapdalanan tərəfin mövqelərini müdafiə etmişik. Görəsən, onsuzda sonunda vətəndaşın haqqını ödəyəcək şəxslər nə üçün əvvəlcədən üzərilərinə düşən məsulliyəti dərk etmirlər. Kiminsə haqqına girmək görəsən imkanlı adamlar üçün qəbahət sayılmırmı? /Gundelik-baku.com/

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ