Sizin reklam burada
Sizin reklam burada

Laçın rayon təhsil şöbəsinin sabiq müdiri Malik Vəliyev indi harada lövbər salıb ? -O indi də Sumqayıt əmlakda meydan sulayır...

Laçın rayon təhsil şöbəsinin sabiq müdiri Malik Vəliyev indi harada lövbər salıb ? -O indi də Sumqayıt əmlakda meydan sulayır...





Tərtər Regional Təhsil İdarəsinin müdiri vəzifəsindən qovulan Malik Vəliyev indi də Sumqayıt əmlakda meydan sulayır...
Laçın rayon təhsil şöbəsinin sabiq müdiri Malik Vəliyevin barəsində mediada yazılanlara nəzər salanda adam dəhşətə gəlir.
Bu adam təhsil şöbəsinin müdiri olduğu zaman rayon təhsilini sözün həqiqi mənasında çökdürdü.
Rayon təhsil şöbəsində rüşvət və korrupsiya əməlləri son həddə çatmışdı.
Mətbuatda gedən yazılardan bəlli olur ki, hər il dövlət büdcəsindən Laçın rayon təhsilinə ayrılan 100 min manatlarla vəsaiti Malik Vəliyev Laçın rayon maliyyə şöbəsi ilə əlbir olaraq müxtəlif adlar altında talan ediblər.
Belə ki, inventarların, yumşaq inventarların satın alınmasına, məktəbli paltarlarının alınmasına, təhsil sahəsini əhatə edən ümumi təmir işlərinə, dəftərxana ləvazimatlarının alınmasına, avadanlıqların satın alınmasına və digər xərclər üçün ayrılmış vəsaiti müxtəlif MMC-lərin adına sənədləşdirən Malik Vəliyev sözün həqiqi mənasında milyonçuya çevrilib.
Malik Vəliyev Təhsil Şöbəsindəki vakant dövlət qulluğu vəzifələrini Prezident yanında dövlət qulluğu məsələləri üzrə komisiyadan gizlədərək müsabiqəyə verməyib və...
Müsabiqədə keçid balı toplaya bilməyən 4-5 namizədin hər birindən 5000 manat rüşvət alaraq təhsil şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifələrinə təyin edib.
Malik Vəliyevin müdir olduğu vaxtda hətta təhsil işçisi baş verənlərə etiraz olaraq intihar etmişdi.
Bütün bunlar barədə mediada kifayət qədər materiallar var.
Bəs bütün bunlardan sonra nə baş verdi ?
Hamı düşünürdü ki, Malik Vəliyevi həbs edəcəklər. Amma..
Əmması odur ki, bir rayonun təhsilini xaraba günə qoyan Maliki 6 rayonun təhsil şöbəsinə rəhbər təyin etdilər.
Bəli, Malik Vəliyev Tərtər Regional Təhsil İdarəsinin rəhbəri olmaqla Ağdam, Xocavənd, Füzuli, Ağcabədi rayonlarının təhsil şöbəsi müdirlərinə rəhbər təyin olundu. Əvvəl Laçında at oynadan Malik sonradan meydanı genişləndirdi, korrupsiyanın miqyasını artırdı.
Və yoxlama zamanı 10 milyondan artıq vəsaitin mənimsənildiyi məlum oldu.
Beləliklə Malik Vəliyev canını qurtara bilsə də təhsil sahəsindən qovuldu.
Gündəlik-Bakıya daxil olan məlumata görə, Malik Vəliyev indi də Sumqayıtda lövbər salıb. Özü də ən yağlı yerdə..
Daşınmaz Əmlakın Sumqayıt Şəhər şöbəsində, ay bunu işə ğötürənlər Malik Vəliyev hər şey şünasdır, yoxsa səni axtarıramdan tapıblar?
Deyəsən, Malik Vəliyev sonuna yaxınlaşır.
Bu dəfə canını qurtara bilməyəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ