Sizin reklam burada
Sizin reklam burada

Əhali üçün TƏHLÜKƏ olan “ATENA” süd məhsulları…- ATENA ağartı deyil, qaraltı istehsal edir…

Əhali üçün TƏHLÜKƏ olan “ATENA” süd məhsulları…- ATENA ağartı deyil, qaraltı istehsal edir…






Atena" süd məhsullarının istehsalında insan sağlamlığı üçün təhlükəli olan maddələrdən istifadə olunur…
Şirkətin bu qədər inəyi haradandır ki, təbii süddən istifadə etsin..?
Məlumat üçün qeyd edək ki, 2011-ci ildən fəaliyyətə başlayan "Atena" MMC süd və süd məhsulları bazarında 40 artıq müxtəlif çeşidli məhsul istehsal edir. Süd, ayran, qatıq, xama, pendir, kərə yağlarının hər birinin bir neçə cür növü istehsal olunur.
Şirkət alıcılarına bildirir ki, guya istehsalda süd tozundan deyil, təmiz, təbii süddən istifadə edilir.
Yəni guya sterilləşdirilmiş süddən fərqli olaraq "Atena"nın məhsulları ozünda təzə və təbii südün bütün faydalı xassələrini saxlayır.
Və bunun üçün "Atena" süd zavodunun özünə məxsus "Atena" ferması var.
Şirkət öz reklamlarında onu da qeyd edir ki, guya şirkətin Ağcabədi rayonunda heyvandarlıq ferması var, orada Almaniyadan gətirilmiş inəklər saxlanılır.
Guya inəklər orada səhər-axşam sağılır.
Vallah inanan daşa dönsün.
Ölkənin az qala yas məclislərinə, şənliklərinə yol tapan ATENA qatıqlarını, dovğalarını təmiz südlə təmin etmək üçün 100 min baş inək də bəs etməz.
Görünür ATENA rəhbərliyi inəklərə hansısa dərman verib inəkləri gündə 3-4 dəfə sağır.
Yəni doğrudan da gülməlidir ki, Ağcabədidə saxlanan inəklər böyük bir şirkəti təmiz südlə təmin etsin.
Bu heç cürə mümkün olan hal deyil.
Şirkət deyir ki, guya Atena fermasında süd sağılandan sonra son məhsul çəninə qədər ona insan əli dəymir.
Birincisi, yuxarıda qeyd etdiyimiz kimi, ATENA şirkəti nə qədər də desə, özünü gecə-gündüz reklam etsə də, şirkəti təmiz, təbii südlə təmin etmək mükün deyil.
Deməli, istehsalda süni süd tozundan, əlavə qatqılardan istifadə edilir.
İnamırsınızsa, buyurun tanış olun.
Bəli, istifadəçilər deyir ki, "ATENA" süd məhsullarının istehsalında İNSAN SAĞLAMLIĞI ÜÇÜN TƏHLÜKƏLİ OLAN MADDƏLƏRDƏN istifadə olunur.
Bu barədə iddialar "Atena" məhsullarından bir neçə dəfə zəhərlənmə faktlarından sonra meydana gəlib.
Bununla bağlı ortada ciddi araşdırma materialları da var.
Məsələn, "Bizim market" mağazalar şəbəkəsindən aldıqları 0 faizli südü istifadə edərkən tərkibinin tamamilə dəyişdiyinin, qatıq halını aldığının dəfələrlə alıcılar şahid olublar.
Südün üzərindəki saxlanma müddəti və digər göstəricilərdə də dürüstlük yoxdur.
Bu məsələlərə aydınlıq gətirən Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bütün bunlar südə kimyəvi qatqıların vurulması nəticəsində baş verir.
Ay “Atena” rəhbərliyi, bəs deyirdiniz, inəyin məməsindən süzülən təbii süddən qatıq, süd hazırlayırıq..?
Bəlkə inəyin məməsində kimyəvi maddələr var ?
Siz cəmiyyətə qatıq, süd, yəni AĞARTI istehsal etdiyinizi bəyan edirsiniz. Amma sizin istehsal etdiyiniz qatığın, südün rəngi nəsə QARALTI olur.
İndi özünüz nəticə çıxardın.
Bizim nə "Atena" rəhbərliyilə, nə də şirkətlə heç bir qəsdi qərəzliyimiz yoxdur. Əgər 18.11.2021-ci ildə Abşeron rayonunun Masazır qəsəbəsində "Atena"nın ayranını alıb içməsəydim, ayranın qapağındakı qara ləkələrini görməzdim.
P.S Qarşı tərəfə cavab haqqı tanıyırıq. /Gundelik-baku.com/

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ