Sizin reklam burada
Sizin reklam burada

Gəncə Regional Mədəniyyət İdarəsində şübhəli satınalma – Borclu şirkət necə qalib edilib?

Gəncə Regional Mədəniyyət İdarəsində şübhəli satınalma – Borclu şirkət necə qalib edilib?





Gəncə Regional Mədəniyyət İdarəsi 2021-ci ilin noyabr ayının 10-da “Abadlaşma xidmətlərinin satınalınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yelun vurub.
Qlobal.az xəbər verir ki, satınalmanın məbləği 12.800 manat, qalibi isə “VALLEY-LM” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
“VALLEY-LM” MMC cari ilin may ayının 20-də dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı isə Raana qəsəbəsi, ev 15, mənzil 6 ünvanıdır.
Gəncə Regional Mədəniyyət İdarəsində şübhəli satınalma – Borclu şirkət necə qalib edilib?
“VALLEY-LM” MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, müqavilə ilə çalışan işçilərinin sayı barədə heç bir məlumat yoxdur.
Gəncə Regional Mədəniyyət İdarəsinin sözügedən satınalmasında şübhəli, daha doğrusu kobud qanun pozuntusu olan məqam isə qalib elan edilən “VALLEY-LM” MMC-nin dövlətə külli miqdarda vergi borcunun olmasıdır.
Hazırda “VALLEY-LM” MMC-nin dövlətə 4256 manat vergi borcu var.
Gəncə Regional Mədəniyyət İdarəsində şübhəli satınalma – Borclu şirkət necə qalib edilib?
Halbuki “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununa görə dövlət satınalmalarında iştirak edən təşkilatlar tender komissiyalarına vergi borclarının olmaması barədə müvafiq arayış təqdim etməlidirlər.
Gəncə Regional Mədəniyyət İdarəsi borclu olan şirkətin satınalmada qalib elan edilməsinə münasibət bildirib.
Regional İdarənin açıqlamasında deyilir: “”Abadlaşdırma xidmətlərinin satın alınması” üzrə keçirilmiş kotirovka sorğusunda 4 sahibkar təşkilat iştirak etmişdir. Təşkilatlar qanuna müvafiq olaraq tələb olunan sənədləri təqdim etmiş və onların iştirakı kotirovka sorğusunun keçirilmə qaydalarına uyğun olaraq təmin olunmuşdur. Qalib olan təşkilatın sənədləri təqdim olunan zaman onun vergi borcu olmamışdır. Bu barədə vergi arayışı vardır”.
Gəncə Regional Mədəniyyət İdarəsi tender komissiyasına vergi borcunun olmaması barədə arayış təqdim etdiyi iddia olunan “VALLEY-LM” MMC-nin satınalmaya yekun vurulan gün dövlətə külli miqdarda borcunun olmasının aşkara çıxması bəzi şübhəli məqamlara yol açır.
Gəncə Regional Mədəniyyət İdarəsində şübhəli satınalma – Borclu şirkət necə qalib edilib?
Qeyd edək ki, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovdur.
Vasif Cənnətov 2021-ci ilin yanvar ayının 26-da Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Gəncə Regional Mədəniyyət İdarəsinin rəis təyin edilib.
Vasif Cənnətov bundan əvvəl Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Samux rayon şöbəsində şöbə müdiri vəzifəsində işləyib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ