Sizin reklam burada
Sizin reklam burada

Vilayət Eyvazovun diqqətinə-Masallı Polis şöbəsi cinayəti ört-basdır etmək istəyir

Vilayət Eyvazovun diqqətinə-Masallı Polis şöbəsi cinayəti ört-basdır etmək istəyir



Redaksiyamıza Masallı rayon Əmirtürbə kənd sakini Cahangirov Cahangir Əsəd oğlu müraciət edib və onun dediyinə görə,
2020-ci ilin sentyabr ayından 2021-ci ilin mart ayına kimi çöl örüşündə onun 5 (beş) baş iri buynuzlu mal-qarasını odlu silahla vuraraq kəsib ətin aparmışlar.

C.Cahangirov bu barədə Masallı rayon Polis Şöbəsinə və digər adiyyatı orqanlara müraciət etsə də onun müraciətinə bu günə kimi hələ də baxılmamışdır. Masallı rayon Polis şöbəsindən zərərçəkmişə bildirirlər ki, axtarışlar davam edir və bir xəbər olsa sizə məlumat veriləcək. Vətəndaş, Masallı polisinin onun şikayətinə biganə yanaşdığından şikayətçidir. Vətəndaş, Daxıl İşlər naziri cənab Vilayət Eyvazovdan kömək istəyir.Azerinfo.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ