Sizin reklam burada
Sizin reklam burada

Məmuru öldürən polkovnik-leytenantın oğlu imiş

Məmuru öldürən polkovnik-leytenantın oğlu imiş



Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Ziyad Əhmədovu qətlə yetirən baş mühasibin sabiq vəzifəli şəxsin oğlu olduğu müəyyənləşib.

Qanunpress . com xəbər verir ki, direktoru iş otağında bıçaqlayaraq öldürən Mirhadi Bağırovun atası Mirtağı Bağırov Goranboy Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini olub. O, hazırda təqaüddə olan polis polkovnik-leytenantıdır.


Qeyd edək ki, sözügedən qətllə bağlı cinayət işi başlanıb. Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ