Sizin reklam burada
Sizin reklam burada

""Ştutqart" servis mərkəzi yox, maşına hər cür zərər vurma mərkəzidir" - GİLEY

""Ştutqart" servis mərkəzi yox, maşına hər cür zərər vurma mərkəzidir" - GİLEY




Redaksiyamıza "Ştutqart" Servislər Şəbəkəsi ilə bağlı şikayət daxil olub.

Sonxeber.az-ın məlumatına görə, müştəri avtomobilini təmir etmək üçün "Ştutqart"a müraciət etdiyini və əsl fəlakətlə üzləşdiyini deyir:

"Şikayətim Koroğlu Ştutqart Servislər Şəbəkəsindəndir. "Nakladka" və fara lampası dəyişmək üçün maşını aparmışdım. 20-30 dəqiqəyə həll olunası iş əsl fəlakətə çevrildi.

Birincisi, taxdıqları "nakladka" hələ də çox pis səs edir. Çox keyfiyyətsizdir. Faranın lampasını dəyişərkən isə, özünü "usta" adlandıran şəxs faranın şüşəsinə kley damcılatdı və heç cür təmizləyə bilmədi. Maşın növbəti gün cilalama üçün orada qalmalı oldu. Cilalama ilə də təmizlənmədi, təzə şüşə alıb taxdılar.

İndi həmin şüşənin boşluğu var və fara yağış yağanda içəridən dumanlanır. DRL işıqlardan da birinin lampası yanmır.

Qısası, "Ştutqart" servis mərkəzi yox, maşına hər cür zərər vurma mərkəzidir".

Qeyd edək ki, qarşı tərəflə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verən olmadı.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ