Sizin reklam burada
Sizin reklam burada

DYP əməkdaşı vətəndaşı belə təhqir edib .

Redaksiyamıza daxil olmuş şikayət məktubunu olduğu kimi təqdim edirik .



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Surəti: Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə
Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova
Surəti: Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbova
Surəti: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalov
Surəti: “Qanunpress.com” xəbər portalına
Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivində yaşayan Nəsirov Elnur Fazil oğlu tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ


Hörmətli cənab Prezident!

Bildirmək istəyirəm ki, 10.09.2021-ci il tarixdə səhər saat 12 radələrində Bakı-Şamaxı yolunun Kərpic Zavod deyilən ərazidə Baş Dövlət Yol Polisi İdarəsinin Müşfiq stasionar postunun patrul xidməti avtomobili şəxsi avtomobilimlə (99-OU-061 dövlət nömrə nişanlı) hərəkət zamanı məni saxladılar. DYP əməkdaşı (Order № 0692) özünü təqdim etmədən mənə bildirdi ki, avtomobilimin 16 manat məbləğində həbsi var, mən bildirdim ki, avtomobilimdə ailə üzvlərim var ödənişi yerində etməyə hazıram. DYP əməkdaşı planşetdə avtomobilimi yoxladıqda bildirdi ki, sürücülük vəsiqəm 6 aylıq müddətində sürücülük hüququndan məhrum edilib və məni buraxmaqdan ötrü 300 manat pul istədi, amma 200 manata razılaşdıq. Üstümdə o qədər məbləğ olmadığı üçün polis əməkdaşından mənim evə gedib qayıtmağıma icazə istədim, polis əməkdaşı da razılaşdı. Təxminən 1 saatdan sonra polis əməkdaşının ondan aldığım mobil nömrəsinə (polisin telefonu: 077-490-70-00) zəng edərək görüşməyimizi istədim. O, da Hökməli qəsəbəsi “Vüsal” şadlıq sarayının qarşısına gəlməyimi istədi. Polis əməkdaşı ilə görüşüb istədiyi 200 manatı
tapa bilmədiyimi bildirdim. Mənim onlara pul vermədiyimi görüb BDYPİ-nin Müşfiq stasionar postunun, insanların həyatını və sağlamlığını qoruyan polis əməkdaşı (Order № 1183) baxmayaraq ki, ətrafda insanlar var məni təhqir edərək belə dedi: “Sən narkomansan”. Mülayim şəkildə narkoman olmadığımı bildirdim. Mənə təzyiq göstərərək DYP-nin post patrul xidməti avtomobilinə otruzdurdular və məni Sumqayıt Şəhər Narkoloji Dispanserə apararaq analiz verməyimi tələb etdilər. Məndə analiz verdim və mənim narkoman olmadığım sübuta yetirildi. Lakin, polis serjantı əl çəkməyərək analizə su qatdığımı bildirdi. Yenidən sidik analizi verdim, yenə narkoman olmadığım sübut olundu. Polis serjantı həkimlə mübahisə edərək bildirdi ki, sən düz yoxlamırsan, bu narkomandır. Polis əməkdaşları mənim sağlam olduğumu görüb xəstəxanada saxlayaraq çıxıb getdilər. Həqiqətən də mənim heç pulum yox idi. Sumqayıtdan necə qayıtmağımı fikirləşirdim. Bu cür polis əməkdaşlarının hərəkəti, vətəndaşları təhqir edib, əvəzində pul qazanmağı düşünürlər.
Görəsən neçə nəfər vətəndaşı belə təhqir edərək pullarını alırlar. Qeyd etmək istəyirəm ki, mənim tam sağlam olduğumun Sumqayıt Şəhər Narkoloji Dispanser tərəfindən verilmiş AKT sənədim var.

Hörmətli cənab Prezident!
Xahiş edirəm ki, bu cür rüşvətxor polis əməkdaşları barəsində Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən ciddi ölçü götürüb, onları cəzalandırılmasını aidiyyatı orqanlara tapşırıq verəsiniz.
Əvvəlcədən Sizə dərin minnətdarlığımı bildirirəm.

Nəsirov Elnur Fazil oğlu

Tel.: 077-404-55-44
11.09.2021-ci il

Qanunpress.com olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq .

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ