Sizin reklam burada
Sizin reklam burada

Naxçıvanda şəhid ailələrinə kitab satan dəllallar... PEYDA OLUB – Tərtibatçı İbrahim Hüseynov: “Kitab satış üçün yaranıb…”

Naxçıvanda şəhid ailələrinə kitab satan dəllallar... PEYDA OLUB – Tərtibatçı İbrahim Hüseynov: “Kitab satış üçün yaranıb…”




44 gün davam edən Vətən müharibəsi böyük qələbəmizlə başa çatdı. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Lakin, çox təəssüflə qeyd etməliyik ki, şanlı zəfərimizə kölgə salamağa çalışanlar da tapılır…

Xatırladaq ki, ötən həftə KİV-də və sosial şəbəkələrdə şəhid ailələrində çəkiliş aparıb, daha sonra pul tələb edən "reket jurnalist"lər haqqında məlumat yayılmışdı. Hansı ki, Qəbələdə və rayonlarda özlərini jurnalist kimi təqdim edərək, şəhid ailələrindən pul alan şəxslər ilk öncə bu faktı gizlətməyə çalışsa da, sonrdan şəhid anasının “Balamla bağlı çəkiliş edənlərə onun qan pulundan vermək məcburiyyətində qaldım”, - açıqlamasından sonra onlar barəsində qanuni tədbirlər görüldü.
Naxçıvanda şəhid ailələrinə kitab satan dəllallar... PEYDA OLUB – Tərtibatçı İbrahim Hüseynov: “Kitab satış üçün yaranıb…”
Qeyd edək ki, şəhid ailələri ilə bağlı növbəti biabırçılıq Naxçıvanda qeydə alınıb. Hansı ki, Muxtar Respublikadan olan şəhid ailələri "Hürriyyət"in redaksiyası ilə əlaqə saxlayaraq, bu haqda məlumat veriblər. Onların sözlərinə görə, İbrahim Hüseynov adlı şəxs "Qələbə Şəhidləri" adlı kitab çap etdirərək, 15 manata şəhid ailələrinə satmaqla məşğuldur. Üstəlik, artıq 3-ci cilddi çap olunan bu kitab olduqca qeyri-peşəkar hazırlanıb və içərisində çoxlu sayda yanlış məlumatlar yer alıb.

Əlbəttə, şəhidlərimizlə bağlı istənilən nəşrin dərci təqdirolunandır. Lakin şəhid ailələri iddia edir ki, İ.Hüseynovun bu kitabı çıxarmaqda məqsədi şəhidləri tanıtmaqdan daha çox maddi gəlir əldə etməkdir.

Məlumata əsasən, sözügedən kitabda şəhid mayor Elşən Orucov haqqında fikirlər həyat yoldaşı Əfsanə Orucovanın adından qeyd olunsa da, şəhid xanımının bundan xəbəri olmayıb. Belə ki, Elşən Orucov haqqında fikirlər Maral adlı tamamilə kənar şəxs tərəfindən söylənilib. İddia olunur ki, kitabda bu kimi xətalar çox olduğundan, həmin nəşrin qeyri-peşəkar şəkildə və məhz qazanc məqsədilə hazırlandığı şübhə doğurmur.

Qeyd edək ki, məsələ ilə bağlı kitabı tərtib edən İbrahim Hüseynovla əlaqə saxladıq. O, kitabın müəllif olmadığını və həmin kitabın şəhid ailələrinə yalnız bir dəfə pulsuz verildiyini dedi:

"Şəhid ailələrindən kimlər biz müraciət edibsə, onlara bir dəfə pulsuz kitab veririk. Əlavə kitab götürürsə, ödəniş etməlidir. Mən sizə bununla bağlı nə deyə bilərəm ki?! Məlumat səhv də gedə bilər, düz də. İnsanıq da, həyatda hər şey ola bilər.

Mən kitabı toplayıb tərtib edənəm. Müəllif mən deyiləm. Açığını deyim ki, mən yazar deyiləm. Şəhidlərin əziz xatirəsinə görə toplayıb tərtib edirəm. Kitabın müəllifi yoxdur. Bəzən, bizə deyirlər ki, kitabda kiminsə atasının adı səhv gedib. Belə hallar olur. Bəzən bizə yazar xanım məlumat göndərir. Biz onu yoxlamadan vermişik gedib. Sonradan bizə deyiblər ki, məlumat səhv gedib. Biz onlardan üzrxahlıq etmişik. Yoluna qoymuşuq.

Kitabın redaktoru uzun müddəti Mətbuat Şurasının icraçı katibi işləyib, amma indi yaşlaşıb.

İstənilən qəzeti götürüb oxuyanda, çoxlu səhv tapmaq olur. Ən azı, bir hərf səhvi tapmaq olur".

İbrahim Hüseynov onu da əlavə etdi ki, kitab satışından aldıqları ödəniş onların yol puluna belə bəs etmir: "Açığını deyim ki, bizdən kənar adam kitab almır. Hardasa 200-300 şəhid haqqında xəbər gedibsə, 200-300 şəhid ailəsinə bir kitab veririk. Əlavə kitabları da ödənişlə veririk. Kim nə verirsə götürürük. Maddi imkanı olmayana da kitab vermişik. Hətta kitabxanaya da pulsuz kitablardan vermişik. İndi 15 manata kitab alan kimdir ki?!

Kitabın birinci və ikinci cildini şəxsi vəsaitim hesabına çap etdirmişəm. 17 min manat vəsait xərləmişəm. Bir qəpik də xeyr götürməmişəm. Vəsait ayıran yoxdur. Hələ ki, dövlət dəstəyi yoxdur. Biz özümüz də müraciət etməmişik. Dövlət nə vaxt müsabiqə elan edəcəksə, biz də müsabiqədə sənədlərimizi verəcəyik. Səhvsiz heç kim yoxdur. Səhvimizi boynumuza alırıq. Özünüz də yaxşı bilirsiz ki, kitab satışı yoxdur. Bizə kiminsə məlumatı gəlibsə, veririk. Bizə məlumat elektron qaydada gəlir. Dəqiq məlumat varsa, dərc edirik. Beşdən-üçdən kimsə alırsa, heç Bakıya gedib-gəlməyə yol pulumuzu həll etmir. Olanı deyirəm sizə. 1000 şəhid haqqında məlumat toplamışıq. Yəqin ki, kitabın dördüncü cildi bir az gec çapdan çıxacaq. Həm maliyyə dəstəyimiz yoxdur, həm də bundan sonra kitabı satışa çıxara bilmərik. Hələ nəşriyyata borcumuz qalıb. Hər halda kitab satış üçün yaranıb. Əgər kitabdan bir qəpik də götürülürsə, həmin vəsait kitabın digər cildinə yönəldilir. Ordan gəlir götürmək məqsədimiz qətiyyən yoxdur. Şəhid ailəsinə bir kitabı pulsuz veririk, əlavə kitab istəyirsə, ödənişlə veririk. Hər ailəyə iki-üç kitab verə bilmirik".
Naxçıvanda şəhid ailələrinə kitab satan dəllallar... PEYDA OLUB – Tərtibatçı İbrahim Hüseynov: “Kitab satış üçün yaranıb…”
PS. İbrahim Hüseynov deyir ki, kitablarda səhvlər olub və düzəliş edilib. Maraqlıdır ki, kitabda səhvlər olursa, necə düzəliş edilir?! Digər tərəfdən, heç bir qazanc əldə etmək niyyəti olmadığını deyən tərtibatçı, həqiqətənmi şəhidlər haqqında kitaba cibindən 17 min manat xərcləyib?

Hər halda güman edirik ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi bu məsələyə laqeyd yanaşmayacaq və şəhid ailələrinin duyğusal durumundan istifadə edən şəxslərin əməlləri araşdırılacaq… //hurriyyet.az//
0

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ