Sizin reklam burada
Sizin reklam burada

Vüqar Səfərli daha haraları VİRAN QOYUB? - İDDİA

Vüqar Səfərli daha haraları VİRAN QOYUB? - İDDİA





1 ilə yaxındır ki, saytların manşetlərinə daşıdığı mövzulardan biri də Vüqar Səfərli ilə bağlıdır.
Mövzuda jurnalistlər üçün tikilən binaların şişirdilmiş qiymətlərlə inşa olunması, orada keyfiyyətsiz inşaat materiallarından istifadə olunması, jurnalistlərə aid binalardan deputat köməkçilərinin, katibələrin, qeyri şəxslərin evlər alması, ev müqabilində 20-25 min manat rüşvət tələb edilməsi, evsiz jurnalistlər olduğu halda mənzillərin evi olanlara verilməsi, müsabiqə yazıları, KİVDF-nin redaksiyalara ayırdığı birdəfəlik və illik 100 min manatların xərclənməsindəki qeyri şəffaflıq hallarından yazılır.

Saymaqla bitməyəcək özbaşnalıqlara rəğmən, mətbuatda bu şəxslərin KİV-lərdəki dəstəsinin, trollarının mənimsədikləri milyonlarla manat vəsaitdən başqa icra hakimiyyətlərindən, vəzifəli şəxslərdən alınan rüşvətlərə dair qeydlərə də rast gəlinir. Bununla belə mövzu tükənmir. İndi özlərini media kapitanları adlandıran bəzi şəxslər elə davranırlar ki, guya Əli Həsənovu tanımırlarmış, Vüqar Səfərli ilə də yol-yoldaşı olmayıblarmış.

Bu günlərdə Vüqar Səfərlinin saytlarda saymaqla bitməyən “əməllərin”dən əlavə, onun əvvəlki işinə dair saytımıza məlumat daxil olub. Daxil olan məlumata görə, Vüqar Səfərli “Azərmətbuatyayımı” təşkilatının müdiri olduğu illərdə əsabələrinə arxalanaraq, rəhbəri olduğu təsərrüfat hesablı idarənin yerli şöbələrinin müflis vəziyyətə düşməsində də rolu olub.

Faktinfo.az saytına verilən məlumatda bildirilir ki, Vüqar Səfərli “Azərmətbuatyayımı” təşkilatının müdiri olduğu illərdə “Mövqe” qəzetinin və onun krossvordunun zor-xoş bütün rayon şöbələrinə göndərib satışını təşkil edib. Əlavə olaraq, “Mövqe” qəzetinə, onun əlavəsinə və bir neçə krossvord qəzetlərinə rayon şöbələrindən sifarişləri artırıb ki, azaltmayıb. Abunə olurmuş kimi bu halı illərlə davam etdirib. Daha onu maraqlandırmayıb ki, yerli şöbələr bu pulu haradan alıb köçürəcəklər.

Üstəlik, “Azərmətbuatyayımı” təşkilatının rayon şöbələri “satılan” “Mövqe” qəzeti və onun krossvordlarından 1% belə tuta bilmirlərmiş, eyni zamanda qəzetlərin geri qaytarılması yolverilməzmiş. Yəni buna icazə yox imiş. Eləcə də, “Azərmətbuatyayımı” təşkilatının bütün şöbələrinin (Naxçıvan MR istisna olmaqla) qəzetlərin satışından, abunə və digər istiqamətlərdən gəliri yarandığı təqdirdə, onlara Bakıdan müxtəlif çeşidli məhsullar göndərilirmiş. Onlarla keyfiyyətsiz və satışı mümkün olmayan bu məhsullar müqabilində idarə hesablarındakı vəsaitlər MMC-lərə köçürdülürmüş. Onlarla belə neqativ hallara rəğmən, Vüqar Səfərli və onun himayədarları “Azərmətbuatyayımı” təşkilatının rayon şöbələrini də çətin vəziyyətə salıblarmış.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ