Sizin reklam burada
Sizin reklam burada

Aydın Şamoyev Masazırda nə tikir: məktəb, yoxsa otel ?-

Aydın Şamoyev Masazırda nə tikir: məktəb, yoxsa otel ?-





Məktəb tikirsə, Bakı Şəhər Təhsil İdarəsinin niyə xəxbəri yoxdur ?

Bəs FHN hara baxır ?

Azərbaycanda “Tikdim ki, izim qala” kimi müqəddəs bir söz var.
Bəli, tikmək, qurmaq təkcə qazanmaq, nəsə əldə etmək üçün deyil. Əlbəttə, qurmağın, tikməyin bir maddi tərəfi də var. Amma əsas olan odur ki, İZİN QALA.
Necə ki, Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev və digərləri tikdilər və izləri qaldı.
Təsəvvür edirsiniz, bu şəxslərin tikdiyi bina bu gün Elmlər Akademiyasının binasıdır, Tarix Muzeyidir və s.
Bu gün milyonluq Bakı şəhəri Tağıyevin 100 il əvvəl çəkdirdiyi Şollar suyunu içir.
Tikdim ki, izim qala budur.
Son illərdə ölkəmizdə güclü tikinti prosesi gedir. Binalar, göydələnlər, məktəblər, xəstəxanalar və s.
Əlbəttə, çox faydalı işlər görülür və bunlar təqdirə layiqdir.
Amma, hərdən elə naqis işlərə rast gəlirik ki, adam deməyə söz tapmır.
Bir neçə il əvvəl Yasamal rayonunda təzə tikilən binada qəza oldu və fəhlələr öldü. Hətta üzdəniraq deputatlarımızdan biri dedi ki, fəhlələr şəhid oldu. Bu adam başa düşmür ki, şəhidlik düşmənlə döyüşdə olur. Hansısa adam tikintiyə ayrılan pulları yeyibsə və keyfiyyətsiz materiallarla tikilən bina uçub və fəhlələr ölübsə, bunun şəhidliyə nə dəxli ?
Bu cinayətdir.
Yaxud Binəqədidə bir neçə il əvvəl 16 mərtəbəli bina yandı və onlarla insan, azyaşlı həlak oldu.
Səbəb nə idi ?
Keyfiyyətsiz, ucuz və tezalışan üzlük materialı.
Deməli, kimlərsə milyonlar qazandı, kimlərsə yanaraq dünaysını dəyişdi.
Bu birbaşa məmur cinayətkarlığıdır. Bəs, görəsən, həmən bina tikiləndə cavabdeh dövlət orqanları hara baxırdı ?
İnşaat materiallarının keyfiyyətinə cavabdeh olan laboratoriyalar var. Onların rəhbərləri niyə icazə vermişdi?
Çünki rüşvət almışdılar.
Bu gün də həmən proses davam edir.
Gundelik-baku.com olaraq neçə aydır ki, yazırıq ki, Abşeronun Masazır qəsəbəsində tikilən məktəb bir vaxt uça bilər, uçqunların altında uşaqlar, şagirdlər, müəllimlər qala bilər.
Niyə axı, faciə baş verəndən sonra danışmalıyıq ?
Faciənin qarşısını vaxtında almaq lazımdır.
Yazırıq ki, Abşeron rayonunun Masazır qəsəbəsində məktəb tikintisi gedir. Məktəbin tikintisini Hidrokonstrakşn şirkəti və Aydın Şamoyev həyata keçirir.
Tikintinin qüsurlu və keyfiyyətsiz olmasını görmək üçün inşaatçı, yaxud tikinti üzrə mütəxəssis olmağa ehtiyac yoxdur. Elə ilk baxışdan görünür ki, bu məktəb binası nə vaxtsa faciəyə səbəb ola bilər. Axı, bu binada yüzlərlə, minlərlə şagird oxuyacaq, sabah uşaqların başına faciə gəlsə, məsuliyyəti kim daşıyacaq ?
Gundelik-baku.com olaraq məktəbin tikintisinə görə, kimlərin məsuliyyət daşıdığını araşdırarkən konkret nəticəyə gələ bilmədik.
Belə ki, tikintini aparan Aydın Şamoyev bildirir ki, məktəbin tikintisi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qərarı ilə həyata keçirilir.
Bakı ŞTİ rəhbərliyi isə deyir ki, Masazır qəsəbəsində tikilən məktəbdən onların xəbəri yoxdur.
Təhsil Nazirliyi, şəxsən nazir və nazir müavinləri isə telefona cavab vermir.
Tikintinin təhlükəsizliyinə cavab verməli olan Fövqəladə Hallar Nazirliyi hara baxır ?
Bəs Fövqəladə Hallar Nazirliyinin o boyda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi hara baxır ?
Bir sözlə, ölkənin göbəyində məktəb tikilir, Təhsil İdarəsinin xəbəri yoxdur, FHN gəlib baxır-gedir.
Gundelik-baku.com-un yazılarından sonra gəlib bir lövhə vurub getdilər.
Görəsən, iraq olsun nə vaxtsa, uçan məktəbi bu lövhə saxlayacaq ?
Amma sonda əldə etdiyimiz məlumata görə, məktəb adı altında gedən, bəzi mənbələrin dediyinə görə əslində otel olan tikinti ilə bağlı dəqiq məlumatlar Abşeronun icra başçısı İradə Gülməmmədovanın qardaşındadır. gundelik. baki.com

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ