Sizin reklam burada
Sizin reklam burada

QUBA MEŞƏSİNİN "QOÇU"-LARI - EKOLOJİ SOYQIRIM !

QUBA MEŞƏSİNİN "QOÇU"-LARI - EKOLOJİ SOYQIRIM !




Şimal bölgəsinin meşələri, təbiəti talan edilir və ekoloji nəzarət yox dərəcəsindədir. Məsul şəxslərin səhlənkarlığından, bəlkədə hansısa maraqlarından irəli gələn səbəblərdən meşələrin talan edilməsi məqsədli şəkildə aparılır. Görəsən aidiyyatı qurumlar, bu məsələlərə cavabdeh məsul şəxslər hara baxırlar? Quba regional meşə təsərrüfatı idarəsinin rəisi Şahlar Əkbərov və digər idarə işçiləri bu işə niyə belə səhlənkarlıqla yanaşırlar ?

Aldığımız məlumatlara görə bu ərazilərin meşələrə yaxın yerlərində və digər sahələrində onlarla yeşik (qutu-tara)sexləri fəaliyyət göstərir. Qarşılıqlı anlaşma şəraitində bu sexlər məhz məsul meşə işçiləri tərəfindən mütəmadi olaraq tələb olunan lazımi məhsullarla təmin olunurlar. Bu gün şimal bölgəsının ərazilərində fəalıyyət göstərən karxanalar, sexlər ekologiyaya cavabdeh olan məsul rəhbər şəxslərin gəlir mənbəyinə çevrilmişdir. Bu bölgələrdə çay massivlərindən qum-çınqıl və digər zəruri inşaat əhəmiyyətli malların qanunsuz daşınması sonda təbii fəlakətlərə gətirib çıxarır. Qanunsuz qazma işləri çayların bəzən məcarasını dəyişməsinə, daşmasına və sel şəklində bəzi təbii fəlakətlər törətməsinə gətirib çıxarır.

Nəticədə bunun ağır fəsadlarını dövlətimiz və xalq görür. Bütün bunlar məmurların harınlığından, özbaşınalığından və qara niyyətləri səbəbindən baş verir.

Apardığımız araşdırma zamanı məlum oldu ki, Quba rayonunda meşəlik ərazisində yerləşən kəndlərdə kütləvi şəkildə kömür yandırılması halları intensiv olaraq baş verir. Əldə etdiyimiz bilgilərə görə meşələrdən qanuni şəkildə çıxarılmasına və satılmasına icazə verilən meşə məhsullarının normadanda artıq satılması üçün sanki bu məmurların əlinə əlverişli şərait düşmüşdür. Vəziyyətdən öz çirkin məqsədləri üçün istifadə etmək fürsətini əldən verməyərək lazımınca yararlanırlar.

P.S : Bununla bağlı "Sonxebertv.info"-müstəqil xəbər portalının baş redaktoru Mehman Dadaşov və saytın digər əməkdaşları Quba Regional Meşə Təsərrüfatı Mərkəzinə gedərək məlumat almaq istəmişlər. Lakin Meşə Mühafizəsi departamentinin rəisi Şahlar Əkbərov və mühəndis Elvin Baxışov əməkdaşlarımıza məlumat vermək əvəzinə kobudluq nümayiş etdirmiş onlara hədə-qorxu, təhqir və fiziki güc nümayiş etdirmişdir. Bu cür təzyiqlərlə üzləşdiyimiz halda, bununla bağlı K.İ.V haqqında qanunun 8-ci maddəsini xatırlatsaqda, onlar heç bir qanun tanımadığını, özlərinin qanun olduğunu bildirmişdir. Jurnalistlərə qarşı etdikləri fiziki zorakılığın, təhqir, hədə-qorxu gəlməyin və heç bir halda bu əməllərindən qorxmadıqlarını bildirən Quba regional meşə təsərrüfatı idarəsinin rəisi Şahlar Əkbərov və mühəndis Elvin Baxışov (bilmədik mühəndisdir ya can güdən )görəsən kimə və yaxud nəyə belə arxalanırlar. Bizi Quba rayon Polis İdarəsinin əməkdaşları ilə hədələyərək ümumiyyətlə idarənin ətrafına buraxmadılar. Görünür ki, siz Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşıladırılması məqsədi ilə yürütdüyü siyasəti, bir-başa öz zəhmətlərini və cənab Prezidetimiz İlham Əliyevin tapşırıqlarını, "Yaşıllıqların mühafizəsi haqqında” qanunun tətbiqini unutmusunuz.
“Mehriban Əliyevanın səyləri sayəsində hazırda Azərbaycanda kütləvi şəkildə ağaclar əkilir. Uzaqgörən Birinci xanım bütün dünyaya göstərir ki, məsələni qlobal problemə çevirmədən iqlim dəyişikliyinə necə qalib gəlmək, karbon qazının təhlükəli tullantıları ilə necə mübarizə aparmaq olar. Ağaclar böyüyəndə karbon qazını uzaqlaşdıraraq iqlim dəyişikliyini dayandırmağa kömək edir, bitkilər karbonu udaraq, atmosferə oksigen buraxır.”


Həmçinin Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların və bu islahatların son 18 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Dövlətimizin başçısı respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə bütün imkanların yaradılmasının tərəfdarıdır. Təsadüfi deyil ki, Prezidentimiz İlham Əliyev dəfələrlə "jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür.

İstər ekoloji nəzarət barəsində istərsə də Prezidentimizin yürütdüyü bu mükəmməl siyasətə bir-başa əks gedərək, peşə fəaliyyətinin yerinə yetirən jurnalistlərə qarşı da bu cür hərəkətlər nümayiş etdirirsiniz.

Ekologiyaya dəyən bu qədər ziyana görə, bunun araşdırılması ilə bağlı bir-başa əlimizdə olan video-foto faktlarla birgə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yazılı şəkildə müraciət edəcik.
.Həmçinin "Sonxebertv.info" xəbər portalının əməkdaşları olaraq öz hüquqlarımızın pozulması və Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbər işçilərinin bizə qarşı etdiyi digər əməllərə görə Daxili İşlər Nazirliyinə, çox hörmətli Vilayət Eyvazova şikayət məktubu ilə rəsmi şəkildə müraciət edəcik. İnanırıq ki, haqq-ədalət öz yerini tapacaq.

Bunu unutmayın ki, şah qanun deyil, qanun şahdır !

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ