Sizin reklam burada
Sizin reklam burada

Gürcüstanda yerli azərbaycanlılara KÜTLƏVİ HÜCUM: Xəsarət alanlar var – VİDEO

Gürcüstanda yerli azərbaycanlılara KÜTLƏVİ HÜCUM: Xəsarət alanlar var – VİDEO





Gürcüstanın Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerləşən “Ömər” marketə kütləvi hücum olunub.

Bu barədə mağaza sahibləri məlumat veriblər.

Sahibkar Qəşəm Şamilovun sözlərinə görə, hücumu həyata keçirənlər Dmanisidə yaşayan bir qrup svan (gürcü) əsilli şəxslər olub.

Q.Şamilov hucum edən şəxslərin artıq bir neçə dəfə mağazaya gələrək aldıqları məhsulun pulunu vermiyəcəklərini deyib. Onun sözlərinə görə, bu gün saat 17:00 radələrində bir qrup svan (gürcü) əsilli şəxslər, mağazanın önünə gələrək mağazanın qarşısında duran gəncləri və mağaza sahiblərini döyməyə çalışıblar.

Hütləvi hucum zamanı bir neçə nəfər ciddi xəsarətlər alıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerinə gələrək araşdırmaya başlayıblar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ