Sizin reklam burada
Sizin reklam burada

Şəhid hərbçilərimizin kimliyi və harada dəfn ediləcəyi MƏLUM OLDU

Şəhid hərbçilərimizin kimliyi və harada dəfn ediləcəyi MƏLUM OLDU




Bu gün Azərbaycan-İran sərhədində -Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının ərazisində baş verən silahlı insidentdə həlak olan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları baş leytenant Samir Eyvazov və kiçik gizir, Fərid Elçin oğlu Alimov olub.

Atışmada həlak olan baş leytenant Samir Eyvazov Tovuz rayonundan, 28 yaşlı gizir Fərid Elçin oğlu Alimov isə Quba rayonunun Yeni Güləzi kəndindəndir.

Kiçik gizir Fərid Alimov sabah Yeni Güləzi kənd qəbristanlığında dəfn ediləcək.

Quba İH başçısının Yeni Güləzi İƏD üzrə nümayəndəsi Səbuhi Cəfərovdan alınan məlumata görə, Fərid ailənin böyük övladı idi. Onun özündən kiçik subay qardaşı və evli olan bacısı var. Gizir Fərid Alimov isə evli olub, 3 yaşında bir qızı ondan yadigar qalıb.

Həlak olan digər hərbçimiz baş leytenant Samir Eyvazov isə doğulduğu Tovuz rayonunda torpağa tapşırılacaq.

Allah hər iki hərbçimizə rəhmət eləsin.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ