Sizin reklam burada
Sizin reklam burada

Bələdiyyə sədri torpaq satmaq üçün təbiətə külli-miqdarda ziyan vurdu-FOTOLAR

Bələdiyyə sədri torpaq satmaq üçün təbiətə külli-miqdarda ziyan vurdu-FOTOLAR





Xəbər verdiyimiz kimi Vətən müharibəsi şəhidi Həsən Dəmirovun qardaşı, Cəlilabad rayon Muğan kənd sakini Xaqani Dəmirovun kəndin bələdiyyə sədri Vasif Həsənov və bələdiyyədə mühasib işləyən atası Rasif Həsənovdan şikayətini işıqlandırmışdıq.
Qeyd edək ki, X.Dəmirov şikayətində bildirirdi ki, o, bələdiyyə sədri V.Həsənovdan şəhid qardaşının adını daşıyan Şəhid bulağının ətrafına torpaq tökdürməsini istəyib. V.Həsənov atası R.Həsənovla birlikdə iki “Kamaz” torpağı bulağın ətrafına töküb, lakin bunu özlərinə fürsət bilərək “Sarıqaya” deyilən ərazidən 50 “Kamaz”dan çox torpaq qazdıraraq kənd sakinlərinə satıblar. Soruşanlara isə deyiblər ki, bunlar şəhidlərin evlərinə göndərilir.
Şəhidimizin qardaşı Xaqani Dəmirov bu gün yenidən redaksiyamıza üz tutub. O, bələdiyyənin “Sarıqaya” deyilən ərazidə qazıntı aparmasının görüntülərini bizə təqdim edib. Şəhid qardaşı bildirib ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tədbir görməlidir. V.Həsənovla atası R.Həsənov şəhidlərin adından sui-istifadə edərək bu cür iyrənc addım atdığına görə ciddi şəkildə cəzalandırılmalı, torpaqlara ziyan vurduğu üçün isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimə edilməlidir.
Şəhid qardaşı iddia edib ki, Muğan kənd bələdiyyəsinin sədri Vasif Həsənovun atası Rasif Həsənov Şəhid bulağı tikdiyi üçün ondan rüşvət tələb edir.
Araşdırmamız davam edir…



  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ