Sizin reklam burada
Sizin reklam burada

Quba rayonunun İcra başçısı Ziyəddin Əliyevin maşını qəzaya uğradı - İDDİA

Teref.az xəbər verir ki, araşdırmaçı jurnalist Cəmil Məmmıdlinin verdiyi xəbərə görə Quba rayonunun İcra başçısı Ziyəddin Əliyevin maşını Təng
altında yerləşən restorandan qayıdanda qəzaya uğrayıb. Cəmil Məmmədli yazır:
"Ziyəddin Əliyevin maşını qəzaya uğradı.
Maşında 3 kişi, 1 qız olub.
Sərxoş olduqları bildirilir.
Qubada 28 may parkında, parkın təmiri adı ilə tikilən, Ziyəddin Əliyevə məxsus Qızıl Qaya restoranının işçiləri, Ziyəddin Əliyevin maşını ilə qəzaya düşüblər.
Ölən yoxdur.
Ağır yaralılar var.
Hal hazırda hadisənin ört-basdır edilməsinə çalışırlar.
Yaralılar Quba rayon Mərkəzi xəstəxanasına aparılıb.
P. S. Allah şahiddir ki, sevinib yazmıram, ancaq hadisəni ört-basdır etməyə də qoymayacam...
Qanun bizə nədisə, hamıya odu."
Teref.az olaraq qarşı tərəfin mövqeyini dinləməyə hazırıq!
Teref.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ