Məlum olduğu kimi, dövlət qurumlarının müxtəlif xidmətlərin və malların satınalmalarını tender və kotirovka sorğuları yolu ilə həyata keçirməsi qanunla mütləqdir. Bunun üçün qəbul olunmuş xüsusi qanunlar da mövcuddur. Lakin son illər dövrü mətbuatda satınalma prosedurları ətrafında dolaşan məlumatlar burada çoxsaylı qanun pozuntularına yol verildiyini deməyə əsas verir. Burada daha çox keçirilmiş tender və kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilir, podratçıların maddi-texniki bazası və ixtisas göstəriciləri bir çox hallarda nəzərə alınmır, bağlanmış müqavilələrdə qiymətlər süni şəkildə şişirdilir və sair. Bir çox qurumların rəhbərləri özlərinə yaxın podratçılarla şişirdilmiş qiymətlərlə bağladığları müqavilələri isdədikləri kimi həyata keçirirlər. Bunun arxasında isə təbii ki, dövlət vəsaitlərinin "otkat” üsulu ilə talanması dayanır.
Belə hallara Şəki rayonlararası Psixiatriya Xəstəxanasının keçirdiyi tender müsabiqəsidə də (Kotirovka sorğusu) rast gəlinir.Hətta elə hall olub ki,Şəki rayonlararası Psixiatriya Xəstəxanasının keçirdiyi Kotirovka sorğusunun nəticəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar ve İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məktubuna əsasən etibarsız hesab olunub.Qiymətlər "şişirdildikdən sonra" isə,nəticəsi ləvğ olunmuş MMC yenidən Kotirovka sorğusunun qalibi elan edilib.Şəki rayonlararası Psixiatriya Xəstəxanasının bu il keçirdiyi tender müsabiqəsini (Kotirovka sorğusu) nəzərdən keçirdikdə maraq doğuran faktlar aşkarlandı.Belə ki,bu ilin sonuna kimi İstehlakyönümli müxtəlif xidmətlərin satın alınması üçün "İNTERNATİONAL MİCE COMPANY" MMC-yə 36.945 manat,Yumşaq inventar və yataq ləvazimatının satın alınması üçün "TOĞRUL-T" MMC-yə 43.541 manat,Sanitariya-gigyena xidmətlərinin satın alınması üçün "SANPROF" MMC-yə 13.100 manat,icarə və muzdlu xidmətlərin həyata keçrilməsi üçün fiziki şəxs hesab edilən Nuri Xaliqovun hesabına 4.400 manat və Digər Komminal xidmətlərin satın alınması üçün üçün "Müasir Elektron" MMC-yə 17.500 manat ödəməli olacaq.Bu xidmətlərin adlarını nəzərdə keçirdikdə, sanki keçiriləcək tender adları müxtəlif formada təkrarlanır.Elə bil ki, xəstəxana rəhbərliyi dövlətin pulunu "göyə sovurmaq", dövlət vəsaitlərinin "otkat” üsulu ilə talanması üçün metodlar fikirləşir.Şəki rayonlararası Psixiatriya Xəstəxanasının keçirdiyi tender müsabiqəsinin (Kotirovka sorğusu) qaliblərinin əksəriyyəti "Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə cavab vermir.Xüsusi ixtisas və təcrübə tələb edən bu işləri görmək üçün bir neçə ildə yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olması aydın deyil.Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda açıq, aşkar qeyd olunur ki, iddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; İddiaçının son 3 (üç) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar; İddiaçılar müvafiq satınalma müqaviləsini təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, işçi qüvvəsinin (cəlb olunacaq mütəxəssislərin peşə səviyyəsini təsdiq edən sənəd əlavə edilməlidir), texniki imkanlarının olması barədə məlumatlar mütləq olmalıdır. Bunlar olmadıqda iddiaçı tender müsabiqəsinə buraxılmamalıdır.
Tenderdə iştirak üçün sənədlər təqdim olunarkən Şəki rayonlararası Psixiatriya Xəstəxanasının Tender Komissiyasının üzvləri məgər bunları görməyib?Yaxud bu MMC-lərlə xəstəxanın baş həkimi Natiq İsmatılovu hansı maraqlar birləşdirir?
Araşdırmamız davam edir...
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Əyalətmedia.az