Sizin reklam burada
Sizin reklam burada

Bakı Təşəbbüs Qrupu beynəlxalq qurumlara rəsmi məktub ünvanladı

Bakı Təşəbbüs Qrupu beynəlxalq qurumlara rəsmi məktub ünvanladı



Bakı Təşəbbüs Qrupu 2024-cü il sentyabrın 3-də Bakıda keçirilmiş “Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” mövzusunda beynəlxalq konfransın nəticələrinə əsaslanaraq Birləşmiş Millətlər Təşkilatının Baş katibinə, Qoşulmama Hərəkatının sədrinə, İslam Əməkdaşlıq Təşkilatının Baş katibinə, Avropa Komissiyasının sədrinə, Ərəb Liqasının Baş katibinə və Afrika İttifaqının sədrinə rəsmi məktub ünvanlayıb.
Məktubda Fransa tərəfindən Qəmər Adaları İttifaqına aid olan Mayot adasının qanunsuz işğalı ilə bağlı dərin narahatlıq ifadə edilib və bunun beynəlxalq hüququn pozuntusu olduğu bildirilib.

Məktubda qeyd olunur ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasından sui-istifadə edərək beynəlxalq hüququn bu pozuntusunun həllinə yönəlik təşəbbüslərə mane olur. Həmçinin Fransa BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Liqası və Afrika İttifaqı kimi beynəlxalq təşkilatların qəbul etdiyi müvafiq qətnamələri heçə sayır.

“Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” mövzusunda beynəlxalq konfransın əsas nəticələrindən biri olan Yekun Bəyanat Birləşmiş Millətlər Təşkilatının Baş katibinə, Qoşulmama Hərəkatının sədrinə, İslam Əməkdaşlıq Təşkilatının Baş katibinə, Avropa Komissiyasının sədrinə, Ərəb Liqasının Baş katibinə və Afrika İttifaqının sədrinə təqdim olunub. Bundan əlavə, yuxarıda qeyd olunan təşkilatların rəhbərlərinə Bakı Təşəbbüs Qrupu tərəfindən nəşr edilmiş "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı broşür da təqdim olunub.

Bakı Təşəbbüs Qrupu, eyni zamanda, məktubunda Mayot adasının işğalı ilə bağlı beynəlxalq konfrans keçirməyə və işğalın dayandırılması, beynəlxalq hüququn qorunması məqsədilə bu qurumların daxilində müvafiq işçi qruplarının yaradılmasını təşviq etməyə çağırıb.

Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq çərçivəsində bu məsələnin beynəlxalq hüquq əsasında tezliklə həll olunacağına əminliyini ifadə edib.

  • Sosial şəbəkədə paylaş