“Formula-1” üzrə Azərbaycan Qran-prisinə hazırlıqla əlaqədar Bakının bəzi küçə və prospektlərində quraşdırma işləri davam edir.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Bildirilib ki, avqustun 27-də saat 23:59-dan avqustun 28-də saat 05:45-dək yerüstü piyada keçidinin quraşdırılması ilə bağlı Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində Neftçilər prospekti nəqliyyatın hərəkətinə məhdudlaşdırılacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında təşkil olunacaq.