“Qarabağ Universitetinə qəbul olanların 16,14 faizi Bakı sakinləridir”.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə əlaqədar keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu tələbələrin 3,81 faizi Naxçıvandan olan abituriyentlərdir. 6,80 faiz Sumqayıt, Xızı, Abşeron, Şamaxı və Qobustandan, 16,77 faizi Gəncə, Şəmkir, Qazax, Daşkəsən, Göygöl, Samux, Gədəbəy, Ağstafa və Tovuz rayonlarındandır.
Abituriyentlərin 22.67 faizi Mingəçevir, Naftalan, Yevlax, Şuşa, Xocalı, Xocavənd, Goranboy, Kəlbəcər, Bərdə, Ağcabədi, Ağdam, Tərtər bölgələrindən, 8,61 faizi Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz rayonlarından, 3,54 faizi Göyçay, Kürdəmir və ərtaf rayonlardan, 6,71 İmişli, Cəbrayıl, Qubadlı və digər ətraf rayonlardan, 7,43 faizi Şirvan, Hacıqabul, Sabirabad və ətraf rayonlardan, 2,63 faizi Quba, Qusar, Şabran və ətraf rayonlardan olanlardır.