
SOCAR-dan şəxsi hesabına milyardlar ötürən Mikayıl İsmayılov nədən cəzalandırılmadı?
O, 2005-ci ildən 2021-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti olub. İşlədiyi dövürdə milyardlar əldə edən M. İsmayılov heç də sıradan birisi deyil. Xatırladaq ki, ölkə mətbuatında kifayət qədər faktlara əsaslanan xoşagəlməz məlumatlar dərc edilsə də, ümumiyyətlə onun haqqında heç bir ölçü götürülmədi. Əksinə, oğurlanan milyardlar hesabına mülklər, obiyektlər, bahalı avtomaşınlara sahib oldu.
Hələ Rövnəq Abullayev zamanından SOCAR-ın “qara kassası” hesab olunan Mikayıl İsmayılov kifayət qədər gücə və maliyyə imkanlarına sahibdir. O, SOCAR-ın qaranlıq əməliyyatlarında bütün maliyyə prosesini idarə olunmasına nəzarət edib. İsmayılov həm də Babək prospektində yerləşən “General Motors Company” avtomobillərinin satışı ilə məşğul olan “GM” avtosalonunun sahibdir. Avtosalon isə daha çox SOCAR əməkdaşlarının xidməti maşınlarının texniki baxışından gəlir əldə etməklə yadda qalıb ki, bu məbləğ milyonlarla manat dəyərində ölçülür. Elə şirkətə “bahalı və marka” aftomobillər satan da, əsasən, İsmayılova aid avtosalondur.
DOSYE.ORG olaraq ümüd edirik ki, dövlət büdcəsindən milyardlar oğurlayan M. ismayılov Dövlət Təhlükəsizlik Xidmətinin diqqətindən kənarda qalmayacaq.