Türk Dövlətlər Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev BMT Baş Assambleyasının 78-ci sessiyasının kuluarlarında 4-cü İllik Xəzər Biznes Forumunda əsas məruzəçi qismində çıxış edib.
“Report” xəbər verir ki, bu barədə Baş katib sosial şəbəkədə yazıb.
“BMT Baş Assambleyasının 78-ci sessiyasının kuluarlarında “Caspian Center”in ev sahibliyi etdiyi 4-cü İllik Xəzər Biznes Forumunda əsas məruzəçi olmaq şərəfinə nail oldum. Təşkilatımız və gördüyümüz verimli iş haqqında əsas məqamları belə hörmətli auditoriya ilə bölüşmək şərəf idi”, - qurumun rəhbəri qeyd edib.
Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə keçirilən Xəzər Biznes Forumu 2016-cı ildən etibarən ABŞ-də təşkil olunur.