Sizin reklam burada
Sizin reklam burada

QHT rəhbəri Yasəmən Qəyyumlu Agentliyin əməkdaşları ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib

QHT rəhbəri Yasəmən Qəyyumlu Agentliyin əməkdaşları ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin sədri Yasəmən Qəyyumlu, idarə heyəti və üzvləri "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi"nin təşkilatçılığıyla azadlıq mücahidləri faciəsinin 33-cü il dönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarətə "Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi"nin icraçı direktoru Aygün Əliyeva və idarə heyəti, QHT rəhbərləri qatılmışdılar.
Birlik sədri Yasəmən Qəyyumlunun bu faciənin detalları barədə dedikləri -Azərbaycan xalqı zaman -zaman ağır faciələrlə üzləşib, hədsiz haqsızlıqlarla qarşılaşıb. Başımıza gətirilən belə faciələrdən biri də 20 Yanvar faciəsidir.
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə ölkəmizə qarşı ərazi iddialar ilə irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən, müstəqil dövlət yaratmaq və öz sevdiyini əldə etmək üçün ayağa qalxan geniş xalq kütləsinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş həmin faciəli günlərdə öz ölkəsinin, xalqının, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Azadlıq uğrunda şəhid kimi yaddaşlara hopmuş 20 Yanvarın ən böyük dərsi budur ki, hər hansı bir təhlükə qarşısında xalq öz birlik, azadlıq eşqi üçün canından keçməyə hazır oldu, igid Vətən övladları canları, qanları bahasına gələcək müstəqilliyinin təməlini qoydular.
Bizim üzərimizə düşən əsas öhdəlik şəhidlərimizi, qəhrəmanlarımızı daima ehtiramla yad etmək, xalqımıza qarşı törədilən faciələri, soyqırımları unutmamaq və hər zaman Vətən uğrunda canından keçməyə hazır olan bir millətin övladları olduğumuzu dərk etməkdir.
Vətəni sevə-sevə vətəndaş olaq,
Qopan qayasından düşən daş olaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun!

Fərid Səfərov
Mətbuat katibi

QHT rəhbəri Yasəmən Qəyyumlu Agentliyin əməkdaşları ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib
QHT rəhbəri Yasəmən Qəyyumlu Agentliyin əməkdaşları ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib
QHT rəhbəri Yasəmən Qəyyumlu Agentliyin əməkdaşları ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib
QHT rəhbəri Yasəmən Qəyyumlu Agentliyin əməkdaşları ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib
QHT rəhbəri Yasəmən Qəyyumlu Agentliyin əməkdaşları ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib
QHT rəhbəri Yasəmən Qəyyumlu Agentliyin əməkdaşları ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib
QHT rəhbəri Yasəmən Qəyyumlu Agentliyin əməkdaşları ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ