Sizin reklam burada
Sizin reklam burada

İşçiləri `Azneft` rəhbərliyindən narahatdır

İşçiləri `Azneft` rəhbərliyindən narahatdır





Hal-hazırki istilərdə əziyyət çəkən neftçilər "Azneft" İstehsalat Birliyinin rəhbərliyinə müraciət ünvanlayıb. Həmin müraciətin bir nüsxəsi də DİA.AZ-a göndərilib. Müraciəti təqdim edirik:
"Möhtərəm "Azneft" rəhbərliyi! Narahatıq, görəsən sizin, müavinlərinizin, müavinlərinizin müavinlərinin,sizin və sadaladıqlarımın müşavirlərinin, referentlərinin, katibələrinin və digərlərinin kabinetlərində, maşınlarınızda yüksək markalı kondensionerləriniz yaxşı işləyirmi? Qabaqdan isti yay gəlir. Sağlamlığınızdan narahat olub yazırıq. Əsas sizlərsiniz.

Platformalarda, köhnə, təzə dəniz özüllərində 10-15 gün növbə üsulu ilə işləyən neftçilərin çalışdıqları iş yerlərində, yaşadıqları, istirahət etdikləri yataqxanalarda, dəmir `budka`larda və s. isitmə soyutma sistemlərinin olması vacib deyil. Biz dözərik. Necə ki, sizin rahatlığınız üçün həmişə dözmüşük. Əsas odur ki, siz və yeni, köhnədən qalma komandanız əziyyət çəkməsin. Bir də ki, çaşıb buralara gəlməyin. Gün vurar, ayağınızın altına baxmazsınız yıxılb çirkli dənizə düşərsiniz.

Xahiş edirik, kondinsionerinizin soyuğunu da çox yuxarı etməyin. Düşər-düşməzi olar!!."

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ