Sizin reklam burada
Sizin reklam burada

Bakıda 5 milyonluq toy karvanı... - Yeni detallar

Bakıda 5 milyonluq toy karvanı... - Yeni detallar



Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Bakıda baş tutan dəbdəbəli toyun görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. Emil və Aysel adlı cütlüyün toyunda ən çox diqqət çəkən məqamlardan biri də toy karvanındakı lüks avtomobillər olub.
“Qafqazinfo”nun hesablarına görə, toy karvanında yer alan lüks avtomobillərin ümumi dəyəri təqribən 5 milyon manat civarındadır.
Onlar barəsində daha detallı məlumatları təqdim edirik:
Lamborghini Aventador LP700-4”
2011-ci il istehsalı olan, toy karvanında 99-FF-777 dövlət nömrə nişanı ilə qatılan “Lamborghini Aventador LP700-4”ün hazırkı qiyməti 380 min dollar təşkil edir. Bu nömrə daha öncə “Bentley Continental GT” və “BMW M6” kimi lüks avtomobillərin üzərinə olub.
Bakıda 5 milyonluq toy karvanı... - Yeni detallar
“Aston Martin DB11”
Toy karvanında iştirak edən digər bir lüks maşın isə 2018-ci il istehsalı 2018 “Aston Martin DB11” markalı avtomobildir. 90-MB-900 dövlət nömrə nişanlı avtomobilin hazırkı satış qiyməti 200 min dollardan az deyil. Bu nömrə daha öncə 2018-ci il istehsalı “BMW M5 F90 Marina Bay Blue” markalı maşının üzərində olub.
Bakıda 5 milyonluq toy karvanı... - Yeni detallar
“Mercedes G 63 AMG”
Dəbdəbəli toyun iştirakçılar arasında “Mercedes G 63 AMG”nin sahibidi də var. Toy karvanına 99-HA-005 dövlət nömrə nişanı ilə qatılan maşının qiyməti 250 min dollar civarındadır. Avtomobil 2021-ci il istehsalıdır. Bu nömrə daha öncə “Aston Martin” markalı avtomobilin üzərinə olub.
Bakıda 5 milyonluq toy karvanı... - Yeni detallar
“Lamborghini Huracán LP-610 Spyder”
Toy karvanının ən lüks maşınları sırasında “Lamborghini Huracán LP-610 Spyder” gəlir. Avtomobilin özünə yaraşan nömrəsi isə 90-LY-500-dür. Bu lüks maşının qiyməti 350 min manatdan az deyil. Sözügedən markanın Avropa satışları 2016-cı ilin yazında 186 450 avro qiymətinə başlayıb. 90-LY-500 dövlət nömrə nişanı daha öncə “Ferrari”nin üzərində olub.
Bakıda 5 milyonluq toy karvanı... - Yeni detallar
“Mercedes-Benz S500 AMG”
Dəbdəbəli toyun iştirakçılar arasında 10-AB-079 dövlət nömrə nişanlı maşının sahibi də var. “Mercedes-Benz S500 AMG” markalı avtomobil 2021-ci il istehsalıdır, qiyməti isə 350 min manatdır.
Bakıda 5 milyonluq toy karvanı... - Yeni detallar
“Rolls Royce Phantom”
Toy karvanının ən bahalı maşınlarına “Rolls Royce Phantom” başçılıq edir. 99-RR-005 dövlət qeydiyyat nişanlı avtomobil 2015-ci il istehsalıdır, hazırkı bazar qiyməti 400 min dollar civarındadır.
Bakıda 5 milyonluq toy karvanı... - Yeni detallar
Bundan başqa, toy karvanına 90-LL-009, 10-FF-79, 90-NN-400, 10-FG-005, 99-UZ-999, 10-VM-300, 10-ME-700 kimi dövlət nömrə nişanlı avtomobillər də qatılıb ki, bu maşınların hər biri lüks hesab olunur.
Emin Səfərov
[media=https://ok.ru/video/3789322586730]

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ