Sizin reklam burada
Sizin reklam burada

ABŞERONDA GÖDƏNIYYƏTI MƏDƏNIYYƏTDƏN ÜSTÜN TUTANLAR- VİDEO

ABŞERONDA GÖDƏNIYYƏTI MƏDƏNIYYƏTDƏN ÜSTÜN TUTANLAR- VİDEO






Bir neçə gün bundan öncə Dəryaz qəzetinin redaksiyasına Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev-1, mənz -32 ünvanında yaşayan Muradov Elçin Dadaş oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Adı çəkilən bu şəxs yazmış olduğu ərizəsində qeyd edir: “Mən Azərbaycan Rəssamlar İttifaqının üzvüyəm və bugünə kimi bir çox Respublika və Beynəlxalq sərgilərdə iştirak etmişəm, hətta iki fərdi yaradıcılıq sərgilərinin də iştirakçısı olmuşam. Qeyd edim ki, yaradıcılıq emalatxanam olmadığından, məşğul olduğum bu sahə üzrə daha məhsuldar fəaliyyət göstərə bilmirəm. Belə bir səbəbdən də, yaşadığım beş mərtəbəli binanın arxa tərəfində 6×7 metr ölçüdəki boş torpaq sahəsində emalatxana tikmək qərarına gəldim. Bu məqsədlə üzvü olduğum Azərbaycan Rəssamlar İttifaqı tərəfindən Abşeron rayonu, Xırdalan bələdiyyəsinin sabiq sədri (nağd ödəniş həyata keçirilmək şərtilə) Eldar Əhmədova məktub ünvanlansa da, özüm ayrı-ayrı vaxtlarda Abşeron RİH-nin sabiq başçısı İradə xanım Gülməmmədovaya, Abşeron RİH-nin başçısı Abdin Fərzəliyevə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubla müraciət etsəm də, hər dəfə adı çəkilən bu qurumların səlahiyyətli şəxslərinin imzası ilə təsdiq olunmuş başdansovdu cavab məktubları verildi. Yəni, verilmiş cavab məktublarının əksəriyyətində “Qeyd etdiyiniz torpaq sahəsi ümumi istifadə üçün nəzərdə tutulduğundan, həmin yerdə tikinti işləri aparıla bilməz” və s. kimi cavablar verdilər. Belə bir cavab məktublarının verilməsinə baxmayaraq, bir müddət bundan öncə bir nəfər şəxs, qeyd olunan yerdə qazıntı işləri aparıb hansısa obyekt inşa etmək qərarına gəlir. Məsələnin maraqlı tərəfi odur ki, həmin şəxs bu yöndə niyyətini “çin etmək” üçün, “Biz qazi ailəsiyik” deməyi də unutmur. O halda sual oluna bilər ki, nədən belə bir tikinti işlərində “Qazi” adından sui-istifadə olunmalıdır? Axı, dövlətimiz tərəfindən imtiyaz sahibi olan hər kəsə, o cümlədən qazilərə də lazımi diqqət və qayğı göstərilir. Maraqlı odur ki, tikintini aparan şəxs bildirirdi ki, bu yeri mənə İcra başçısı Abdin Fərzəliyev verib. Ancaq icra başçısının səlahiyyətli şəxsi bildirdi ki, icra başçısı heç kimə icazə verməyib. İndi kimə inanasan? Düzdür, Azəriqaza müraciət edəndən sonra tikintinin Azəriqaza məxsus olan hissəsi sökülsə də, qalan hissənin sökülməsinə aidiyyatı qurumlar cəhd göstərmirlər. Gözləyək görək sonu necə olacaq. Mövzuya qayıdacağıq. Həmin videonu təqdim edirik.

Deryaz.az

ABŞERONDA GÖDƏNIYYƏTI MƏDƏNIYYƏTDƏN ÜSTÜN TUTANLAR- VİDEO
ABŞERONDA GÖDƏNIYYƏTI MƏDƏNIYYƏTDƏN ÜSTÜN TUTANLAR- VİDEO
ABŞERONDA GÖDƏNIYYƏTI MƏDƏNIYYƏTDƏN ÜSTÜN TUTANLAR- VİDEO

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ