Sizin reklam burada
Sizin reklam burada

“Yeni ştamlar yarana bilər” - ÜST-dən xəbərdarlıq

“Yeni ştamlar yarana bilər” - ÜST-dən xəbərdarlıq





““Omicron”un yayılmasından sonra yeni ştamlar yarana bilər”.
Qanunpress.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə deyib.
“Bu pandemiyanın başa çatacağı gün hələ uzaqdadır və “Omicron” ştamının dünyada inanılmaz şəkildə yayılması ilə yeni ştamlar yarana bilər”, - deyə ÜST rəhbəri qeyd edib.
O, koronavirusun yeni ştamları ilə bağlı vəziyyətin izlənilməsinin və qiymətləndirilməsinin vacibliyini də vurğulayıb.
Xatırladaq ki, “Omicron” ştamı ilk dəfə ötən ilin noyabrında Botsvana və CAR-da aşkar olunub. Mütəxəssislərin sözlərinə görə, əvvəllər koronavirusa yoluxan və peyvənd olunan şəxslər də bu ştama yoluxa bilər. Ən son məlumata görə, yeni ştam artıq 110 ölkədə aşkarlanıb. “Omicron” “Delta” ştamından daha sürətlə yayılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ